12px13px15px17px
Tarix:07/03/18

“Huawei Mate SE” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti buraxılan smartfonlar çeşidini yeni “Mate SE” modeli ilə artırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, qurğu tərəflərinin nisbəti 18:9 təşkil edən “Full HD+” (2160х1080 piksel) təsvir ölçülü 5,93 düym diaqonallı ekranla təchiz olunub. Smartfonun əsasını “Kirin 659” prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Əsas kamera 16 və 2 meqapiksel təsvir ölçülü ötürücülərə malik qoşa modulla təchiz edilib.
 
Ön kameranın təsvir ölçüsü 8 meqapikselə bərabərdir. Burda, həmçinin “4G LTE”, “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.1 LE”, “GPS” modulları, arxa paneldə barmaq izi skaneri və 3340 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.
 
Bundan başqa, “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu iki SİM kartdan istifadəni dəstəkləyir.
 
“Huawei Mate SE” smartfonunun təxmini qiyməti 230 dollar təşkil edir.
 
Nizam Nuriyev





Baxış sayı: 41

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2018

24/09/18
Marsda su axtaracaq qurğunun sınaqları keçirilib

İtaliya astronavtları Marsın gələcək sakinlərinə su axtarışında kömək edəcək radarın uğurlu sınaqlarını 

24/09/18
Küləyin əsməsini və su damcılarını hiss edən elektron dəri hazırlanıb

Mütəxəssislər robotların görünüş və imkanlarını yaxşılaşdırmağa davam edirlər. Robot texnikası mühəndisləri 

24/09/18
“Apple” rəhbəri yeni “iPhone” modellərinin nəyə görə baha olmasını izah edib

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək 

23 09 2018