12px13px15px17px
Tarix:09/03/18

“Android” sisteminin yeni versiyası vaxtından əvvəl təqdim edilib

“Google” şirkəti “Android P” əməliyyat sisteminin test quraşdırmasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Android” sisteminin yeni versiyasının 14 martda təqdim ediləcəyi planlaşdırılırdı. Sistemin yeni versiyası, hələ ki, yalnız “Pixel” smartfonları üçün əlçatandır. “Ars Technica” nəşri yazır ki, növbəti “Android” versiyası “Nexus 5x” və “Nexus 6P” smartfonları, həmçinin “Pixel C” planşetini dəstəkləməyəcək.
 
“The Verge” nəşri “Android”in növbəti versiyasının bəzi yeniliklərini açıqlayıb. Məsələn, sistemdə interfeysin görünüşünü sazlamaq funksiyası əlçatandır.
 
Yeni “Android” sistemi, hələ ki, adsızdır. “Android”in son versiyası “Oreo”, ondan əvvəlki versiyası isə “Nougat” adlanır.
 
Emil Hüseynov





Baxış sayı: 160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Yanvar 2019

19 01 2019

19/01/19
“Microsoft” korporasiyası “Windows 10 Mobile” sisteminin dəstəyini dayandırır

“Microsoft” korporasiyası 10 dekabr 2019-cu ildən sonra “Windows 10 Mobile” sisteminin idarəetməsi altında işləyən smartfonlar

19/01/19
İnternetdə məlumat itkisindən necə qorunmaq olar?

“ESET Russia”nın mütəxəssisi Andrey Yermilov istifadəçilərə öz şəxsi hesablarını qorumaq üçün tövsi

19/01/19
“Apple Watch” saatı insult diaqnozunu qoya biləcək

“Apple” korporasiyası tibb sahəsində ekspertlərlə birgə öz “ağıllı” saatına insult