12px13px15px17px
Tarix:12/03/18

Çin “6G” mobil rabitə standartı üzərində işə başlayıb

Çin alimləri altıncı nəsil rabitə standartı üzərində işə başlayıblar. Bu haqda Çinin Sənaye və İnformasiyalaşdırma naziri Myao Vey məlumat verib.

"Çin alimləri ötən ilin sonunda yeni “6G” rabitə standartı sahəsində işləmələrə təşəbbüs göstəriblər – o deyib. "Əşyalar interneti"nin inkişafı mobil rabitə texnologiyaları imkanlarının genişləndirilməsi ilə eyni vaxtda həyata keçirilməlidir".

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, nazirin sözlərinə görə, "sürətli texnoloji inkişaf yalnız mobil rabitə vasitəsi ilə insanlar arasında ünsiyyət yaradılmasını deyil, həm də insan və kompüter, həmçinin kompüterlər arasında qarşılıqlı əlaqəni təmin edir". "Bu, bəşəriyyətin gələcəyidir – deyə, Myao Vey bildirib.

Qurumun rəhbəri bildirib ki, "əşyalar interneti"nin müxtəlif istiqamətləri, məsələn, sürücüsüz nəqliyyat vasitələrinin istehsal və tətbiqi üçün müəyyən vaxt tələb olunur . "Biz təhlükəsizliyin təmininə böyük önəm veririk” – Myao Vey deyib.

Çin hazırda, həmçinin “5G” rabitə standartı texnologiyası üzərində aktiv iş aparır. Ən böyük yerli operatorlar öz tərəfdaşları ilə birgə beşinci nəsil rabitə standartı üçün əsas stansiya və müxtəlif qurğuları sınaqdan keçirirlər. Bu rabitə standartı informasiyanın ötürülməsi sürətini saniyədə 1 qiqabaytadək yüksəldəcək ki, bu da məlumatların ötürülməsi üzrə mövcud standartlardan 20-50 dəfə daha sürətlidir.

Emil Hüseynov





Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024