12px13px15px17px
Tarix:12/03/18

Marsa sınaq uçuşları növbəti ilə planlaşdırılır

ABŞ-ın “SpaceX” şirkətinin təsisçisi İlon Mask Marsa ilk sınaq uçuşlarını 2019-cu ilə planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Texas ştatının Ostin şəhərində texnologiyalar yarmarkasında çıxış edən şirkət yaradıcısı Marsa sınaq uçuşları 2019-cu ildə baş tutacaq ilk planetlərarası kosmik gəminin inşası barədə söz açıb. Onun sözlərinə görə, söhbət Marsa və əks istiqamətdə qısamüddətli reyslərdən gedir. Bununla yanaşı, “SpaceX” rəhbəri uçuş müddətinin təxirə salına biləcəyini istisna etməyib.

Məlumat verildiyi kimi, bu ilin fevralında “SpaceX” şirkəti Florida kosmodromundan “Falcon Heavy” raketdaşıyıcısının buraxılışını həyata keçirib. Raketdaşıyıcısında İ.Maskın şəxsi “Tesla” avtomobilinin olduğu kapsula quraşdırılıb. Avtomobilin sükanı arxasında kosmik skafandr geyinən maneken əyləşib.

2017-ci ilin sentyabrında Avstraliyada astronavtika üzrə beynəlxalq konqresdə çıxış edən İ.Mask qeyd edib ki, şirkətin yeni raket texnologiyası gələcəkdə təkcə kosmik uçuşlar üçün deyil, eyni zamanda Yerdə nəqliyyat vasitəsi kimi uğurla istifadə oluna bilər. Planetin bir nöqtəsindən digərinə uçuş müddəti 1 saata yaxın olacaq.

Nizam Nuriyev





Baxış sayı: 15

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyun 2018

23 06 2018

23/06/18
İlk ümumdünya “5G” standartı təsdiq edilib

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq