12px13px15px17px
Tarix:13/03/18

“Nokia 8 Pro” smartfonunun texniki xüsusiyyətləri məlum olub

İnternet mənbələrində “HMD Global” şirkətinin buraxmağa hazırlaşdığı “Nokia 8 Pro” smartfonunun əsas texniki xüsusiyyətləri dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, “Nokia 8 Pro” güclü “Snapdragon 845” prosessoru ilə təchiz olunacaq. Prosessor səkkiz “Kryo 385” hesablama nüvəsindən ibarətdir: onların dördü 2,8, digər dördü isə 1,8 QHs takt tezliyində işləyir. Qrafikanın emalını yüksək məhsuldarlığa malik “Adreno 630” kontrolleri həyata keçirəcək.

Bildirilir ki, smartfon “Wi-Fi 802.11ac” və “Bluetooth 5” simsiz şəbəkələrində işləyəcək. Operativ yaddaş tutumu 6 və ya 8 giqabayta, quraşdırılmış yaddaş isə 64 və ya 128 giqabayta bərabər olacaq.
Bundan başqa, ekranın xarakteristikaları açıqlanıb. Onun ölçüsü diaqonal üzrə 6 düym, təsvir ölçüsü 2160 × 1080 piksel (FHD+ formatı) təşkil edəcək. Beləliklə, tərəflərinin nisbəti 18:9-a bərabər panel tətbiq ediləcək.

Kameralara gəldikdə, arxa hissədə 16 meqapikselli sensorlardan ibarət qoşa blok, ön tərəfdə isə 13 meqapikselli ötürücüyə malik ənənəvi tək modul quraşdırılacaq.

Enerjini 4 min milliamper/saat tutumlu akkumulyator batareyası təmin edəcək. Həmçinin “USB Type-C” simmetrik çıxışın quraşdırılacağı qeyd olunur. Bu, “Qi” standartı üzrə simsiz enerjidoldurma funksiyasının dəstəklənəcəyini ehtimal etməyə imkan verir. Yeni qurğuda qulaqcıqlar üçün 3,5 millimetrlik çıxışın quraşdırılması nəzərdə tutulmur.

Nizam Nuriyev





Baxış sayı: 41

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2018

24/09/18
Marsda su axtaracaq qurğunun sınaqları keçirilib

İtaliya astronavtları Marsın gələcək sakinlərinə su axtarışında kömək edəcək radarın uğurlu sınaqlarını 

24/09/18
Küləyin əsməsini və su damcılarını hiss edən elektron dəri hazırlanıb

Mütəxəssislər robotların görünüş və imkanlarını yaxşılaşdırmağa davam edirlər. Robot texnikası mühəndisləri 

24/09/18
“Apple” rəhbəri yeni “iPhone” modellərinin nəyə görə baha olmasını izah edib

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək 

23 09 2018