12px13px15px17px
Tarix:13/03/18

“Azərmarka” uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş rəsm müsabiqəsi elan edir

26 mart tarixindən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  "Azərmarka" MMC tərəfindən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən rəsm müsabiqəsinə start veriləcək.
 
"Yaşa, Azərbaycanım!" adı altında müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda Vətənə sevgi, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.
 
Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, "Aksiya. Yaşa, Azərbaycanım!" qeyd edilməklə poçt vasitəsi ilə  müsabiqənin Təşkilat komitəsinə (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. "Azərmarka" MMC) göndərmək lazımdır.
 
Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir.
 
Qeyd olunan müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin mövzusuna uyğun olmayan işlərə baxılmayacaq.
 
Aprelin 26-dan mayın 1-dək münsiflər tərəfindən ümumilikdə 10 ən yaxşı rəsm müəyyənləşdiriləcək.
 
İlk 3 qalib - 1-ci yer – 300 manat, 2-ci yer – 200 manat, 3-cü yer – 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Eyni zamanda, ən uğurlu rəsm nümunəsi "Azərmarka" tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək.
 
Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçərişəhərdə keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.
 
Müsabiqə ilə bağlı əlavə məlumat üçün  (012) 598 49 01 saylı telefon nömrəsi və info@azermarka.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.





Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024