12px13px15px17px
Tarix:16/03/18

Beynəlxalq “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim mərhələsi ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı"nda "Microsoft Imagine Cup" texnologiya müsabiqəsinin yerli seçim mərhələsi ilə bağlı tədbir keçirilib.  
 
“Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən böyük miqyaslı innovasiya müsabiqəsidir.
 
Müsabiqənin əsas məqsədi gənc istedadların potensiallarını üzə çıxarmaq, ideyalarını reallaşdırmaq və beynəlxalq İKT arenasında təqdim etməsinə dəstək göstərməkdir.
 
Tədbirdə qeyd olunub ki, artıq 4-cü dəfə Azərbaycanda keçirilən bu müsabiqənin builki şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, yeni qaydalara əsasən, müsabiqədə iştirak edəcək layihələrin bir elementi "Microsoft"un "Azure" bulud məkanında yerləşdirilməlidir. Bundan başqa, mayda keçiriləcək regional yarımfinalda isə artıq bir deyil, iki komanda iştirak edə bilər.
 
Qalib komanda isə iyulda ABŞ-da keçiriləcək beynəlxalq finalda iştirak edəcək və müsabiqənin əsasən mükafatı – 100 000 ABŞ dolları uğrunda mübarizə aparacaq.
 
Milli turda iştirak etmək üçün artıq 20-dən çox komanda qeydiyyatdan keçib. Layihələr aprelin sonunda qiymətləndiriləcək.
 
Qeyd edək ki, "Microsoft Imagine Cup" müsabiqəsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Müəllif Hüquqları Dövlət Agentliyi, "Nar" və "Paşa Bank" dəstək göstərirlər.












Baxış sayı: 24

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyul 2018

17 07 2018

17/07/18
“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olunub

İtaliyanın “Emporio Armani” brendi “ağıllı” “Connected” saatının yeni nəslini təqdim edib.

17/07/18
“3D” skan etmə texnologiyasına malik smartfonların tədarükü 100 milyonu ötəcək

2018-ci ildə dünya bazarına “3D” skanetmə funksiyasına malik 100 milyondan çox smartfon tədarük olunacaq

17/07/18
Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

17/07/18
Növbəti nəsil sürətli enerjidoldurma texnologiyası hazırlanır

Hazırda smartfon istehsalçılarının əksəriyyəti sürətli enerjidoldurma texnologiyası hazırlamaqla məşğuldurlar

17/07/18
Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir

“Vincross” şirkəti tərəfindən yaradılmış robot bağban otaq bitkilərinə qulluq edir

17/07/18
Təlimli robotlar hərbçilərə kömək edəcək

ABŞ Ordusu və Karnegi-Mellon Universitetinin mütəxəssisləri beynəlxalq konfrans çərçivəsində robotların təlimi üçü

17/07/18
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

"Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq

17/07/18
Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək

Böyük Britaniya ərazisində ilk kosmodrom 2020-ci ildə inşa olunacaq