12px13px15px17px
Tarix:09/04/18

“CHEOPS” kosmik teleskopunun tikintisi başa çatıb

“CHaracterising ExOPlanet Satellite” (CHEOPS) kosmik teleskopunun tikintisi sona yetib. Bu barədə Bern Universitetinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, indi qurğu Madridə göndərilərək orada kosmik platformaya quraşdırılacaq. Teleskopun 2019-cu ilin əvvəlində buraxılması, ekzoplanetləri müşahidə etməklə potensial baxımdan həyat üçün yararlı dünyaların axtarışı ilə məşğul olacağı gözlənilir.
 
Avropa Kosmik Agentliyi (ESA) tərəfindən hazırlanan “CHEOPS” orta sinfə aid qurğudur və əsasən məlum ekzoplanetlərin ətraflı tədqiqi üçün nəzərdə tutulur. Bir sıra digər teleskoplar (məsələn, “Kepler”) kimi “CHEOPS” tranzit fotometriya metodundan istifadə edəcək – ekzoplaneti onun ulduz fonunda keçməsini izləməsi əsasında tədqiq edəcək.
 
Bildirilir ki, teleskop qurğusu İsveçrə mütəxəssisləri tərəfindən layihələndirilib və hazırlanıb, optika, bort proqram təminatı və bir sıra başqa komponentlər digər Avropa ölkələrinin mühəndisləri tərəfindən ərsəyə gətirilib. Bern Universitetinin məlumatına görə, “CHEOPS” missiyasında ümumilikdə 11 Avropa ölkəsinin institutları iştirak edir.
Məlumata görə, qurğu Madriddə kosmik platformaya inteqrasiya olunduqdan sonra aparatın Avropada digər komplekslərdə sınaqdan keçirilməsi, daha sonra Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromuna göndərilməsi planlaşdırılır.
 
“CHEOPS” kosmik teleskopunun 2019-cu ilin əvvəlində İtaliya peyki ilə birlikdə “Soyuz” raketdaşıyıcısı vasitəsilə 700 km orbit hündürlüyünə çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev
 






Baxış sayı: 24

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 İyul 2018

19/07/18
Elastik ekranlı “Samsung” smartfonu nə vaxt buraxılacaq?

“Samsung” şirkəti 2019-cu ilin ilk yarısında kitab kimi bükülən elastik ekranlı smartfon buraxmağı planlaşdırır

19/07/18
Təyyarə və qatarın hibridi təqdim edilib

Fransanın “Akka Techonologies” şirkəti təyyarə və qatarın hibridini təşkil edən "Link & Fly" layihəsini təqdim edib

19/07/18
“Google” Atlantik okeanından internet kabeli çəkəcək

“Google” şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır

18 07 2018

18/07/18
Qrafendən gödəkcə istehsal edilib

Böyük Britaniyanın “Vollebak” brendi qrafendən hazırlanan gödəkcə təqdim edib

18/07/18
Bu ölkədə mobil internet əlçatan oldu

İnternetə qoşulmanın dövlət tərəfindən ciddi tənzimləndiyi Kubada sakinlərə smartfon vasitəsilə

18/07/18
İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək

İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək

18/07/18
“Microsoft” şirkəti “Windows”un aylıq yenilənmələrindən imtina edəcək

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün aktual yeniləmələrin çatdırılması mexani

18/07/18
Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər

Yaxın 15 ildə ABŞ-da dəniz səviyyəsinin qalxmasına görə vacib internet infrastrukturları su altında qala və zədələnə bilər

18/07/18
Nazir Qaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 20.07.2018-ci il tarixdə saat 12:00-da Qax şəhərində

18/07/18
Gələcəyin smartfonları üçün 8 QB-lıq yaddaş çipi təqdim edilib

Gələcəyin smartfonları üçün 8 QB-lıq yaddaş çipi təqdim edilib

18/07/18
Robotlar yeni iş yerləri yaradacaq

“PwC” tədqiqat şirkəti süni intellektin cəmiyyətə təsiri ilə bağlı proqnoz verib