12px13px15px17px
Tarix:10/04/18

2018-ci ilin sonunda qatlanan displeylə təchiz edilmiş smartfonlar təqdim ediləcək

Ekspertlərin proqnozuna görə, 5 il sonra dünyada hər il qatlanan displeylə təchiz edilmiş 50 milyondan çox aparat istehsal ediləcək.

“DigiTimes” nəşri “ET News”un araşdırmasına istinadən yazır ki, 2018-ci ilin sonunda aparıcı brendlər qatlanan displeyə malik smartfonlarını təqdim edəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, 2018-ci ilin sonundan etibarən qatlanan ekran və korpusla təchiz edilmiş aparatlar trendə çevriləcək. Mənbələrin məlumatına görə, nəhəng şirkətlər ya artıq belə qurğuları hazırlayır, ya da texnologiya üçün patentləri qeydiyyatdan keçirirlər. Məsələn, “Samsung” şirkəti qatlanan displeyə malik smartfon istehsalı üzərində işin 80%-ni bitirib, “Apple” isə texnologiya üçün patentləri qeydiyyatdan keçirir, “Huawei” isə cari ilin sonunda belə cihaz təqdim etməyə hazırlaşır.

“Strategy Analytics” analitik şirkətinin məlumatına görə, 2019-cu ildə qatlanan displeyə malik smartfonların sayı 700 min təşkil edəcək, 2021-ci ildə belə cihazların sayı 30,4 milyon, 2022-ci ildə isə 50,1 milyona yaxınlaşacaq.

Emil Hüseynov





Baxış sayı: 333

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024