12px13px15px17px
Tarix:12/04/18

“Samsung Galaxy Note 9” smartfonu 6,4 düymlü ekranla təchiz ediləcək

İnternetdə buraxılışı gözlənilən və istehsalçının rəsmən təqdim etmədiyi qabaqcıl “Samsung Galaxy Note 9” smartfonu haqqında yeni məlumatlar dərc olunub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, smartfon 6,4 düym diaqonallı ekran, 4 min və ya 3850 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Bu, ötən il təqdim olunan 3300 milliamper/saat tutumlu “Galaxy Note 8” modelinin akkumulyatorundan daha güclüdür. Bundan başqa, yeni qurğunun əsas qoşa kamerasının təkmilləşdiriləcəyi gözlənilir.
 
Bundan əvvəlki məlumatlara görə, “Crown” kod adlı “Samsung Galaxy Note 9” smartfonu qabaqcıl “Galaxy S9” və “Galaxy S9+” modelləri kimi “Infinity Display 2.0” displeyinə malik olacaq. “S-AMOLED” ekran texnologiyasını və 18,5:9 tərəf nisbətlərini qoruyacaq  “Galaxy Note 9” modeli “Samsung” şirkətinin barmaq izi skanerinin ekrana inteqrasiya olunduğu ilk smartfonu ola bilər.
 
Bildirilir ki, qurğunun aparat əsasını buraxılış regionundan asılı olaraq “Exynos 9810” və “Qualcomm Snapdragon 845” prosessorları təşkil edəcək. Əvvəlki model kimi, “Galaxy Note 9” smartfonu 6 və 64 giqabaytlıq operativ, 128 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaş variantlarında buraxılacaq.
 
“Samsung Galaxy Note 9” smartfonunun rəsmi təqdimatı bu ilin avqustunda gözlənilir.
 
Nizam Nuriyev





Baxış sayı: 11

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 İyul 2018

16 07 2018

16/07/18
“YouTube” müəllif hüquqlarını pozmuş videoları axtaran funksiya istifadəyə verib

“YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını 

16/07/18
“Gartner”: “Bu il süni intellekt biznesə 1,2 trilyon dollar qazandıracaq”

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada süni intellekt texnologiyaları ilə əlaqədar biznesin birbaşa və 

16/07/18
Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq

İsrailin “Chakratec” startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma 

16/07/18
“WhatsApp” messencerində mesajlar üçün yeni nişan tətbiq ediləcək

“WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək.

16/07/18
Smartfonların avtonom iş müddətinin 5 dəfə artırılması üsulu tapılıb

Avtonom iş müddəti bir çox qurğuların (smartfon, planşet, noutbuk, “ağıllı” saat, simsiz qulaqlıq, hətta 

16/07/18
İlk üçölçülü rəngli rentgen şəkli çəkilib

Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq 

16/07/18
Təhlükəsizliyə görə “Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək

Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə 

16/07/18
Sərnişin multikopteri nümayiş olunub

ABŞ-ın “Opener” şirkəti vertikal uçuşlu və enişli “BlackFly” fərdi uçuş aparatını