12px13px15px17px
Tarix:12/04/18

İstehlak yönümlü artırılmış virtual məzmun və proqramlar bazarının həcmi 72% yüksəlib

2017-ci ildə virtual və artırılmış reallıq (“virtual and augmented reality”, “VR/AR”) texnologiyalar bazarında yüksək irəliləyiş qeydə alınıb. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, ötən il istehlak yönümlü AR/VR məzmun və proqramlar bazarının həcmi 72% yüksələrək 3,2 milyard ABŞ dollarına yaxınlaşıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IHS”-in tədqiqat və təhlil üzrə direktoru Pier Hardinq Rolls bu məlumatları şərh edərək bildirib ki, istehlak AR-texnologiyaları bazarı VR-seqmentə nisbətən daha əlverişlidir, çünki artırılmış reallıq funksiyaları daha çox sayda məzmun və proqram növləri üçün aktualdır. Analitik, həmçinin AR-texnologiyaların smartfon sahəsində böyük bazar potensialını vurğulayıb.
 
İstehlak VR-texnologiyaları hələ ki zəif seqment olaraq qalır, amma mütəxəssislər VR-cihazların qiymətinin ucuzlaşması, texniki cəhətdən təkmilləşdirilməsi və daha cəlbedici məzmunun əlçatan olması fonunda yaxın bir neçə ildə virtual reallıq qurğularının yayılmasını gözləyirlər.
 
Həmçinin mütəxəssislər müəyyənləşdiriblər ki, 2017-ci ilin sonuna istifadə edilən bütün VR-qurğuların sayı 28 milyon təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 2 dəfə çoxdur. Gözləntilərə görə, 2021-ci ilədək istifadə edilən virtual reallıq qurğuları 75,7 milyona yaxınlaşacaq.
 
Emil Hüseynov





Baxış sayı: 67

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2019

22 04 2019

22/04/19
“Microsoft” virtual reallığı zəif görən insanlara uyğunlaşdıran proqram təminatı təqdim edib

“Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virt

22/04/19
Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza ilə bağlı 

22/04/19
“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinə yeni kompüter almağı tövsiyə edir

“Windows 7” əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə bağlı istifadəçilərə bildirişlər göndər

22/04/19
Ən çox ələ keçirilən parollar məlum olub

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi internetdə ən çox ələ keçirilən parollar üzrə aparılan tədqi

22/04/19
2023-cü ildə “5G” rabitə şəbəkəsindən istifadə populyarlaşacaq

“GSMArena” resursu tərəfindən dərc edilmiş araşdırmada müxtəlif illərdə müxtəlif nəsil şəbəkələrindən 

22/04/19
Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 geniş yayılmış istifadəçi səhvi açıqlanıb

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, cihazın heç vaxt söndürülməmə

22/04/19
“HP Chromebook 15” noutbuku təqdim edilib

“HP” istehsalçısı “Chrome OS” – “Google” şirkətinin masaüstü əməliyyat sisteminin ida

22/04/19
20 ən yaxşı smartfonun adı açıqlanıb

“Business Insider” nəşri hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartf