12px13px15px17px
Tarix:17/04/18

“5G” şəbəkəsini dəstəkləyən smartfonlar mobil telefonlar bazarında tənəzzülü aradan qaldırmağa kömək edəcək

“CCS Insight” analitik şirkəti 2018-ci ildə mobil qurğuların satışının 0,2 faiz artaraq 1,95 milyard ədədə çatacağını proqnozlaşdırır. Mütəxəssislər inkişaf etmiş bazarlarda gözlənilən azalma barədə xəbərdarlıq edərək qeyd ediblər ki, Asiya-Sakit okean regionunun və Afrikanın inkişaf etməkdə olan ölkələri sayəsində müsbət dinamika davam edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin analitiki Marina Koyçeva bildirib ki, 7 faizlik nəzərəçarpacaq azalma Qərbi Avropa bazarlarında gözlənilir. “Şimali Amerikada da satış həcmi azalacaq. Burada analitiklər tərəfindən 3 faizlik azalma proqnozlaşdırılır. ABŞ-da da Qərbi Avropa bazarındakı eyni trayektoriya müşahidə olunacaq”, - analitik əlavə edib.
 
Mütəxəssislər ehtiyat edir ki, əvvəlki modellərlə müqayisədə yeni modellərdə əhəmiyyətli innovasiyaların olmamasına görə bazarda tələbat bir neçə il yaxşılaşmaya bilər. Bundan başqa, mane olan əlavə faktor qabaqcıl qurğuların qiyməti olacaq. 2017-ci ildə onların qiyməti min dollarlıq psixoloji həddə çatıb.  
 
Bununla belə, ekspertlər vəziyyətdən çıxış yolunun olduğunu qeyd edirlər. İnkişaf etmiş bazarlarda satışlara ziyan dəysə də, Afrika, Asiya-Sakit okean regionu ölkələri və Hindistanda artım üçün potensial mövcuddur. Mütəxəssislər inanır ki, inkişaf etmiş və inkişaf etməkdə olan bazarlar arasında balans sayəsində mobil telefonların satış həcmi yaxın beş il ərzində də stabil qalmaqla cüzi artıma nail olmaq mümkün olacaq. Şirkətin proqnozu 2022-ci ildə mobil telefonlar bazarının həcminin natural ifadədə 2 milyard qurğunu ötəcəyini nəzərdə tutur.
 
Analitiklər artım üçün beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışına böyük ümidlər bəsləyir. Mobil telefon istehsalçıları və  mütəxəssislər əmindir ki,  daha sürətli rabitə standartı istehlakçılar üçün yeni qurğuların alışına stimul yaradacaq.
 
“İlk “5G” qurğularının 2019-cu ildə satışa çıxarılacağı gözlənilsə də, onlara yüksək tələbat 2021-ci ildən tez olmayacaq. Bu isə o deməkdir ki, müsbət təsir 2022-ci ildə hiss olunmağa başlayacaq. O zaman dünyada “5G” şəbəkəsini dəstəkləyən 600 milyondan çox qurğu satılacaq ki, bu da ümumi satış həcminin 31 faizini təşkil edəcək”, - M.Koyçeva vurğulayıb.
 
Smartfonlar seqmenti haqqında söz açan analitik əlavə edib ki, 2018-ci ildə smartfonların qlobal satışı 1,5 milyard ədədi üstələyəcək, 2022-ci ilədək isə 1,8 milyard ədədə çatacaq.
 
Nizam Nuriyev





Baxış sayı: 42

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Oktyabr 2018

18/10/18
Kredit kartı ölçüsündə smartfon təqdim edilib

Yaponiyanın “Kyocera” yüksəktexnologiyalı şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L

18/10/18
“Azərpoçt” MMC bank nominasiyasının qalibi

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC “Mastercard” debet layihəsini uğurla tamamlayan bank 

18/10/18
ABŞ Kosmik Agentliyi Veneraya missiya göndərəcək

ABŞ Kosmik Agentliyi (NASA) Venera planetinə missiyanın göndərilməsi üçün “High Altitude 

18/10/18
Yeni çiplər internetin sürətini rekord səviyyəyə çatdıracaq

“Qualcomm” şirkəti internetin sürətini saniyədə 10 Qbit olmaqla rekord həddə çatdırmağa imkan 

18/10/18
Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib

Yaponiyada hazırlanmış “Pepper” adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri 

18/10/18
Yeni mobil əlavə depressiya əlamətlərini müəyyənləşdirməyə kömək edəcək

“Mindstrong” tibb startapı “iOS” əməliyyat sistemi üçün yenilənmiş “Health” əlavəsini təqdim 

18/10/18
“microSD” yaddaş kartına alternativ təqdim edilib

Bir gün əvvəl nümayiş etdirilmiş “Mate 20” istehsal xəttinə aid yeni smartfonlar “Huawei” şirkətinin 

18/10/18
Britaniyada qurğuların müdaxilədən qorunması üçün təlimat buraxılıb

Böyük Britaniyada internetə qoşulan ev qurğuları istehsalçıları üçün təhlükəsizlik kodeksi dərc edilib

18/10/18
Yeni “Chrome 70” brauzerində təhlükəsizlik məsələsinə böyük önəm verilib

“Google” şirkəti tərəfindən təqdim edilmiş “Chrome 70” brauzerinin yeni versiyasında yeniliklərin əsas 

17 10 2018

17/10/18
Şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib

2018-ci ilin üçüncü rübündə şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib.

17/10/18
İnsanın hərəkəti nəticəsində əldə olunan enerji elektron qurğuların şarjında istifadə ediləcək

Çin alimləri tərəfindən hazırlanmış yeni nanogenerator insanın hərəkəti nəticəsində əldə olunan enerji 

17/10/18
ABŞ-ın daxili reyslərində sifətin tanınması sistemi tətbiq ediləcək

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) daxili reyslərin həyata keçirildiyi aeroport və 

17/10/18
“IBM” kibertəhlükəsizlik problemlərinin həlli üçün süni intellektdən istifadə edəcək

ABŞ-ın “IBM” texnoloji şirkəti “IBM Security Connect” açıq platformasını təqdim edib.

17/10/18
“Facebook Messenger” istifadəçilərə göndərilmiş mesajları silməyə imkan verəcək

“Facebook” sosial şəbəkəsi öz rəsmi messencerində göndərilmiş  mesajları silməyə imkan verən funksiyanı 

17/10/18
“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda keçirilmiş tədbirdə öz qabaqcıl “Mate 20” və “Mate 20 Pro” smartfonlarını