12px13px15px17px
Tarix:17/04/18

Dünya sənaye istehsalının robotlaşdırılmasına həsr edilən hesabat dərc olunub

Beynəlxalq Robot Federasiyası (IFR) dünya sənaye istehsalının robotlaşdırılmasına həsr edilən hesabat dərc edib. 
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, hesabata görə, 2015-ci ildə dünya sənaye müəssisələrində 10 min əməkdaşın payına düşən robotların orta sayı 66 təşkil edirdisə, 2017-ci ildə bu göstərici 74-ə bərabər olub. Avropa ölkələrində bu nəticə 10 min nəfər üçün 99, Amerikada 84, Asiyada 63 robota bərabərdir. İstehsalda robotların sayı Asiya ölkələrində, xüsusilə Çində daha sürətlə artır.
 
Məlumata görə, ötən il dünyanın 10 ən robotlaşdırılmış ölkəsi siyahısına Belçika, Almaniya, Danimarka, İtaliya, Sinqapur, ABŞ, Tayvan, İsveç, Cənubi Koreya və Yaponiya daxil olub.
 
İstehsalın robotlaşdırılması Çində daha sürətlə inkişaf edir. Hazırda reytinqdə 20-ci yeri tutan ölkənin 2020-ci ilədək 10 min nəfər işçi heyəti üçün 150 robotla liderlər onluğuna daxil olacağı gözlənilir.
 
Bu gün dünyanın ən robotlaşdırılmış ölkəsi Cənubi Koreyadır. Ölkə 2010-cu ildən reytinqdə birinci pillədə qərarlaşıb. 2017-ci ildə Cənubi Koreyada 10 min işçinin payına əsasən elektronika və avtomobil istehsalında çalışan 630 sənaye robotu düşüb.
 
Sənaye robotlarının istehsalında dünya lideri olan Yaponiya dünya robotlaşdırılmış maşınlar bazarının 52 faizini təmin edir. 2016-cı ildə Yaponiya müəssisələri tərəfindən 153 min sənaye robotu istehsal olunub. Hazırda bu, rekord göstərici hesab edilir.
 
Avropanın ən robotlaşdırılmış ölkəsi Almaniyadır. Burada 10 min işçinin payına 309 robot düşür və bu göstərici ildən-ilə 5 faiz artır. Analitiklərin fikrincə, bu artım tempi minimum 2020-ci ilədək davam edəcək. Rusiya, Hindistan və Filippində sənaye müəssisələrində çalışan 10 min nəfərin payına 3 sənaye robotu düşür.
 
Nizam Nuriyev





Baxış sayı: 222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2019

22 04 2019

22/04/19
“Microsoft” virtual reallığı zəif görən insanlara uyğunlaşdıran proqram təminatı təqdim edib

“Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virt

22/04/19
Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza ilə bağlı 

22/04/19
“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinə yeni kompüter almağı tövsiyə edir

“Windows 7” əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə bağlı istifadəçilərə bildirişlər göndər

22/04/19
Ən çox ələ keçirilən parollar məlum olub

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi internetdə ən çox ələ keçirilən parollar üzrə aparılan tədqi

22/04/19
2023-cü ildə “5G” rabitə şəbəkəsindən istifadə populyarlaşacaq

“GSMArena” resursu tərəfindən dərc edilmiş araşdırmada müxtəlif illərdə müxtəlif nəsil şəbəkələrindən 

22/04/19
Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 geniş yayılmış istifadəçi səhvi açıqlanıb

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, cihazın heç vaxt söndürülməmə

22/04/19
“HP Chromebook 15” noutbuku təqdim edilib

“HP” istehsalçısı “Chrome OS” – “Google” şirkətinin masaüstü əməliyyat sisteminin ida

22/04/19
20 ən yaxşı smartfonun adı açıqlanıb

“Business Insider” nəşri hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartf