12px13px15px17px
Tarix:10/05/18

“Xiaomi Redmi S2” rəsmən təqdim edilib

"Xiaomi" şirkəti yeni "Redmi S2" "selfi-smartfon" istehsal xəttində ilk qurğusunu təqdim edib. Smartfonun adındakı "S" "Selfie Series" ifadə edir. Şirkət təqdimat zamanı qurğunun ön kamerasına böyük diqqət ayırıb. Bu, yalnız aparat təminatı ilə deyil, həm də çəkiliş zamanı və sonra fotoşəkili emal edən süni intellekt alqoritmləri ilə bağlıdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Mail.ru" saytına istinadən yazır ki, "Redmi S2" aparatı 16 meqapiksellik ön kamera ilə təchiz edilib. Süni intellektin işində iki əsas rejim var: "portret" və "makiyaj". Həmçinin HDR rejimi dəstəklənir.
 
Smartfon "Snapdragon 625" prosessoru, 3 + 32 QB, yaxud 4 + 64 QB-lıq yaddaşla təchiz edilib. 5,99 düym diaqonallı displeyin tərəflər nisbəti 18:9 və təsvir ölçüsü 1440x720p HD+ təşkil edir. Əsas kamera 12+5 meqapiksellik sensorlara malikdir. Kamera "Xiaomi Mi 6"-da olduğu kimidir: f/2.2, PDAF, işıq diodu işıqlandırıcısı, sifətin tanınması, portret rejimi və HDR.
 
"Xiaomi Redmi S2" smartfonunun arxa paneli metaldan hazırlanıb və barmaq izləri skaneri ilə təchiz edilib. Aşağı hissədə "MicroUSB" portu və dinamiklər, yuxarı hissədə isə qulaqlıqlar üçün konnektor və infraqırmızı port yerləşib. Smartfon "rose gold", "platinum silver" və "champagne gold" rənglərində əlçatandır. Akkumulyator batareyasının tutumu  3080 milliamper/saat təşkil edir.
 
Emil Hüseynov





Baxış sayı: 11

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2018

25 05 2018

25/05/18
“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

“WhatsApp” xidmətinin istifadəçiləri xoşagəlməz bir problemdən şikayətləniblər. Belə ki, sözügedən 

25/05/18
Elektron Təhlükəsizlik Xidməti: “VPNFilter” şəbəkə qurğularını yoluxdurur!”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) 

25/05/18
KİV nümayəndələri Data Mərkəzlə tanış oldu

Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “AzInTelecom” MMC-nin 

25/05/18
İşığın təsiri altında suyu təmizləyən material yaradılıb

Çin alimləri işığın təsiri altında çirkləndirilmiş suyu təmizləyən yeni material ixtira ediblər. Bu barədə 

25/05/18
Bu iki nəhəng texnologiya şirkəti arasında məhkəmə çəkişməsi səngimək bilmir

Kaliforniya Məhkəməsi “Samsung” korporasiyasını patent hüququ pozuntusuna görə “Apple” korporasiyasına 

25/05/18
“Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki bazanın təkmilləşdirilməsi” müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının (Aİ) birgə həyata keçirdiyi 

25/05/18
Süni intellekt polisə təhqiqatlar aparmağa kömək edir

Niderland Milli Polisi təhqiqatlar aparmağa kömək edən neyron şəbəkə ilə təchiz edilib. Sistem 

25/05/18
“Sony” smartfonlar bazarını tərk edə bilər

Yaponiyanın “Sony” şirkəti biznesin yenidən qurulması ilə əlaqədar mobil bölməni bağlaya bilər. 

25/05/18
Orta büdcəli smartfonları qabaqcıl imkanlarla təchiz edəcək prosessor təqdim olunub

“Qualcomm” şirkəti yeni “Snapdragon 710” prosessorunu təqdim edib. Bu çip orta büdcəli smartfonları 

25/05/18
“Wi-Fi” vəhşi təbiət üçün təhlükəlidir

Simsiz internetin elektromaqnit şüaları əksər quş və həşəratlara ciddi ziyan vurur.