12px13px15px17px
Tarix:11/05/18

“Android Oreo” versiyasının payı 5 faizi üstələyib

“Google” şirkəti “Android” əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən yeni statistika dərc edib. “Oreo” versiyasının payı 5 faizi üstələyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Android Nougat 7.0-7.1” versiyası qurğuların 31,1 faizində quraşdırılıb ki, bu da ən yüksək göstəricidir. Bu yaxınlaradək birinci yeri tutan “Android Marshmallow 6.0” modifikasiyası hazırda 25,5 faiz göstərici ilə ikinci pillədə qərarlaşıb. Liderlər üçlüyünü “Android Lollipop 5.0-5.1” (22,4 faiz) tamamlayıb.
 
Hazırda “Android” sisteminin ən yeni “Oreo 8.0-8.1” versiyası “Google” mobil platformasının idarəetməsi ilə işləyən qurğuların 5,7 faizində tətbiq edilib. 2018-ci ilin əvvəlində pay 0,7 faizə bərabər olub.
 
“Oreo” tədricən bazarda yayılır, məsələ istifadəçilərin qurğuları yeniləməməsində yox, qurğu istehsalçıları və operatorlar tərəfindən smartfonların 2017-ci ilin avqustunda buraxılan yeni platformaya keçirilməsinin yubadılmasındadır.
 
“Android” versiyalarının populyarlıq reytinqində, həmçinin “KitKat” (10,3 faiz), “Jelly Bean” (4,3 faiz), “Gingerbread” (0,3 faiz) və “Ice Cream Sandwich” (0,4 faiz) yer alıb. 
 
Nizam Nuriyev





Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024