12px13px15px17px
Tarix:15/05/18

“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəranda keçiriləcək

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə "İdeyadan Biznesə" layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Növbəti startap turu Lənkəran şəhərində keçiriləcək. Tədbir 18 may 2018-ci il tarixində saat 09:00-dan 17:00-dək Heydər Əliyev Mərkəzində baş tutacaq.
 
Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, "Microsoft" şirkətinin təşkilatçı, "Azercell" şirkətinin və "Cavan" gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap turlarında iştirak etmək üçün "http://www.i2b.az" saytında qeydiyyatdan keçmək zəruridir. Lənkəran şəhərində keçiriləcək startap turuna ətraf rayon və şəhərlərdən olan iştirakçılar da qatıla bilər.
 
Startap turu çərçivəsində Lənkərana 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur.
 
Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər Lənkəran üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.
 
Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
 
Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
 
Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.
 
Turların ətraf rayon və şəhərləri də əhatə etməklə, Quba, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində də keçirilməsi nəzərdə tutulur.
 
Xatırladaq ki, ilk startap turu Mingəçevir şəhərində keçirilib və qaliblər müəyyənləşib.




Baxış sayı: 5097

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Yanvar 2019

18/01/19
Beşinci nəsil “Apple iPad mini” planşeti ilin birinci yarısında buraxılacaq

“Apple iPad mini” planşeti 2019-cu ilin birinci yarısında satışa çıxarıla bilər. Bu barədə tədarük 

18/01/19
Beşinci nəsil mobil rabitə şəbəkəsində “5G” smartfonunun prototipi ilə ilk zəng edilib

“ZTE” və “China Unicom” şirkətləri “5G” smartfonunun prototipindən istifadə etməklə beşinci 

18/01/19
“Google Chrome” brauzerində ödəniş məlumatlarını oğurlayan genişlənmə aşkar edilib

“ElevenPaths” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri “Google Chrome” brauzeri

18/01/19
İnternetdə 21 milyondan çox istifadəçinin məlumatları yerləşdirilib

Hakerlər “Mega” fayl hostinqində 21 milyondan çox elektron poçt ünvanı və onların parolunu dərc ediblər

18/01/19
Sistemdən silinməsi mümkün olmayan virus aşkar edilib

Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər sistemdən silinməsi mümkün olmayan “Djvu” virus şifrləyicisi 

18/01/19
Yeni “Sharp Dynabook G” noutbuku təqdim olunub

Yaponiyanın “Sharp” şirkəti yeni “Dynabook G” noutbukunu təqdim edib.

18/01/19
“WhatsApp” ən populyar mobil əlavə seçilib

“WhatsApp” messenceri “Facebook” şirkətinə məxsus ən populyar mobil proqramdır. Bu barədə 

17 01 2019

17/01/19
Kompüter oyunları üçün ilk taktiki monitor təqdim edilib

“Gigabyte” şirkəti dünyada ilk “Aorus AD27QD” taktiki monitorunu təqdim edib.

17/01/19
Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq

2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları 

17/01/19
Hindistan kiberhücumlarla mübarizə üzrə agentlik yaradacaq

Hindistan Silahlı Qüvvələri kiberməkanda təhdidlərlə mübarizə üçün agentlik yaradacaq. Bu haqda Hindistan 

17/01/19
Ötən il yüklənilən mobil proqramların 50 faizi Çin istifadəçilərinin payına düşüb

2018-ci ildə dünyada yüklənilən mobil proqramların sayı 194 milyard təşkil edib. Bu, 2017-ci ildən 

17/01/19
Ən ekstremal şərait üçün modulyar smartfon təqdim olunub

Çinin “Doogee” şirkəti tərəfindən təqdim edilmiş “S90” adlı qeyri-adi modulyar smartfon ekstremal şəraitdə 

17/01/19
Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı 

17/01/19
Şirkətlərin 50%-də kompüterlər “Windows 7” sistemi ilə işləyir

“Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddətinə 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən