12px13px15px17px
Tarix:16/05/18

Yeni “iPhone” istifadəçini üz venalarına görə müəyyənləşdirəcək

İnformasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşan “AppleInsider” nəşri “Apple” şirkətinə məxsus smartfonun blokdan çıxarılması üçün yeni üsulu nəzərdə tutan patentini aşkarlayıb. Patentə görə, gələcək nəsil “iPhone” modelləri istifadəçini üz venalarına görə tanıyacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, patent hüququ smartfon kamerası və xüsusi sensorların təkcə sifət quruluşunun xüsusiyyətlərini deyil, həm də dəri altında qan damarlarının yerləşməsinin yadda saxlanılmasını nəzərdə tutur. Belə üsul sayəsində qurğuya müdaxilə etmək praktiki baxımdan qeyri-mümkün olacaq – blokdan çıxarılma üçün düzgün yerləşən venalarla sifətin dəqiq maskasını çıxarmaq lazım gələcək. Yeni texnologiya vasitəsilə “iPhone” smartfonları istifadəçinin həcmli şəklinin modelini yaradacaq.
 
Məlumata görə, patent üçün müraciət 12 noyabr 2015-ci ildə edilsə də, onun barəsində indi məlum olub. Hazırda ən son “Apple” smartfonu istifadəçinin sifətini skan edərək onun xarici görünüşünün minlərlə detalını yadda saxlayan “Face ID” sistemi ilə təchiz edilib. Ekspertlərin fikrincə, yeni texnologiyanın köməyi ilə smartfonlardan əkizlər asanlıqla istifadə edə biləcəklər. Belə ki, hər bir insanda qan damarlarının yerləşməsi barmaq izi kimi unikaldır.
 
Nizam Nuriyev





Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024