12px13px15px17px
Tarix:16/05/18

“Xiaomi” uşaqlar üçün yeni model saat təqdim edib

“Xiaomi” şirkəti Çində uşaqlar üçün yeni model qol saatı təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Mi Bunny Children Phone Watch 2C” adlanan qurğu “GPS” modulu ilə təchiz edilib, həmçinin mobil telefon funksiyasını yerinə yetirir. Çəkisi 37,8 qram təşkil edən saat quraşdırılmış akselerometrə malikdir və “Wi-Fi” şəbəkəsini dəstəkləyir. Bundan başqa, dairəvi formalı “PMOLED” displeyi ilə təchiz olunan yeni modelin korpusu qida plastikindən hazırlanıb.
 
Məlumata görə, saatın telefon kitabçasının tutumu məhduddur və əvvəlcədən yazılmış 10 nömrə üzrə zənglər etmək mümkündür. Həmçinin yalnız tanış abunəçilərdən zənglərin qəbuluna imkan verən “ağ kontaktlar siyahısı” funksiyasından yararlanmaq olar. Təhlükəsizlik üçün yan düymələrdən birini davamlı basmaqla aktiv olan “SOS” funksiyası nəzərdə tutulub. Nəticədə valideynlərə uşağın olduğu yerin koordinatlarını göstərən müvafiq bildirişlər göndərilir. Simsiz “Wi-Fi” adapteri valideynlərə uşaq üçün əvvəlcədən coğrafi sərhədlər yaradaraq onun olduğu yer barədə daim məlumatlı olmağa imkan verəcək.
 
Mavi və çəhrayı rənglərdə satışa çıxarılacaq “Xiaomi Mi Bunny Children Phone Watch 2C” saatının qiyməti 199 yuan və ya 31 dollar təşkil edir.
 
Nizam Nuriyev





Baxış sayı: 46

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2018

16/08/18
2018-ci ildə informasiya təhlükəsizliyi sahəsində xərclər 110 milyard dolları ötəcək

“Gartner” analitik şirkəti yaxın illərdə informasiya təhlükəsizliyinin təmini üçün qlobal məhsul və xidmətlər bazarı

16/08/18
Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb

Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası “BMW”, “MAGNA Steyr Engineering”, “KEVA&r

16/08/18
Yerli startapçıların Amerikadakı akselerasiya proqramlarında iştirakına dair müzakirələr aparılıb

Amerika-Azərbaycan Ticarət Palatasının (AMCham) yeni təyin olunmuş icraçı direktoru Natiq Baxışov 

16/08/18
“Android 9.0 Pie” sistemində telefon zənglərini qeydə almaq mümkün olmayacaq

“Google” şirkəti ötən həftə “Android P” mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib

16/08/18
Alimlər çoxqatlı elastik elektronika hazırlayıblar

Mühəndislər yumşaq və elastik "üçölçülü uzadıla bilən elektronikanın" yaradılması texnologiyasını işl

15 08 2018

15/08/18
“Samsung” dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Telekommunikasiya avadanlığı və istehlak elektronikası istehsalçıları 5G standartının bazara çıxarılmasına hazırlaşırlar

15/08/18
Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır

15/08/18
Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar

15/08/18
Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb

15/08/18
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib