12px13px15px17px
Tarix:17/05/18

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
 
17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi cənab Houlin Zaonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı videotəbriki nümayiş olunub.
 
Tədbir iştirakçılarını salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü olduğunu xatırladaraq 2006-cı ildən etibarən hər il dünyada  bu günə həsr olunmuş müxtəlif tədbirlər keçirildiyini bildirib.  Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun  "Süni intellekt" olduğunu qeyd edən nazir ölkəmizdə ali məktəb tələbələri arasında intellektual potensialın inkişafına töhfə verən gənclərin yetişdiyini diqqətə çatdırıb.
O, 10 ildən çox müddətdə  keçirilən olimpiadanın gənclər arasında proqramlaşma vərdişlərinin inkişafında mühüm rol oynadığını bildirib.
 
"Bu gün gənclərin ölkəmizin innovativ inkişafında rolunun artırılması üçün bir çox işlər görülür.  Startap hərəkatı genişlənir, innovativ ideyalar qrant, kredit və investisiya vasitəsilə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən tədbirləri intensivləşdirmək üçün İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır" - deyə nazir vurğulayıb.
 
Təltifetmə mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin, "BestComp Group" şirkətinin, "Nar" operatorunun nümayəndələri, tələbələr və komanda rəhbərləri iştirak edib.            
 
Məlumat verilib ki, "Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası" iki mərhələdə keçirilib.
 
Olimpiadanın 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib.
 
Olimpiadanın birinci və ikinci (final) mərhələsində müvafiq informasiya sistemi üzərindən təqdim olunan tapşırıqlar (10-12 məsələ) 5 saat müddətində həll edilib.
 
Olimpiadanın final mərhələsi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazasından istifadə etməklə keçirilib.
 
Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası layiq görülüb.
Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı isə Fərqlənmə Sertifikatı ilə təltif olunublar.
 
Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Fəxri Fərman" və "Diplom"ları, eləcə də Olimpiadanın sponsorları "NAR" operatoru və "BestComp Group" şirkəti tərəfindən mükafatlandırılıb. 









Baxış sayı: 49

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2018

25 05 2018

25/05/18
“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

“WhatsApp” xidmətinin istifadəçiləri xoşagəlməz bir problemdən şikayətləniblər. Belə ki, sözügedən 

25/05/18
Elektron Təhlükəsizlik Xidməti: “VPNFilter” şəbəkə qurğularını yoluxdurur!”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) 

25/05/18
KİV nümayəndələri Data Mərkəzlə tanış oldu

Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “AzInTelecom” MMC-nin 

25/05/18
İşığın təsiri altında suyu təmizləyən material yaradılıb

Çin alimləri işığın təsiri altında çirkləndirilmiş suyu təmizləyən yeni material ixtira ediblər. Bu barədə 

25/05/18
Bu iki nəhəng texnologiya şirkəti arasında məhkəmə çəkişməsi səngimək bilmir

Kaliforniya Məhkəməsi “Samsung” korporasiyasını patent hüququ pozuntusuna görə “Apple” korporasiyasına 

25/05/18
“Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki bazanın təkmilləşdirilməsi” müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının (Aİ) birgə həyata keçirdiyi 

25/05/18
Süni intellekt polisə təhqiqatlar aparmağa kömək edir

Niderland Milli Polisi təhqiqatlar aparmağa kömək edən neyron şəbəkə ilə təchiz edilib. Sistem 

25/05/18
“Sony” smartfonlar bazarını tərk edə bilər

Yaponiyanın “Sony” şirkəti biznesin yenidən qurulması ilə əlaqədar mobil bölməni bağlaya bilər. 

25/05/18
Orta büdcəli smartfonları qabaqcıl imkanlarla təchiz edəcək prosessor təqdim olunub

“Qualcomm” şirkəti yeni “Snapdragon 710” prosessorunu təqdim edib. Bu çip orta büdcəli smartfonları 

25/05/18
“Wi-Fi” vəhşi təbiət üçün təhlükəlidir

Simsiz internetin elektromaqnit şüaları əksər quş və həşəratlara ciddi ziyan vurur.