12px13px15px17px
Tarix:18/05/18

Yeni kontroller imkanları məhdud insanlara oyunlar oynamağa imkan verəcək

“Microsoft” korporasiyası fiziki imkanları məhdud insanlar üçün “Xbox Adaptive Controller” kontrollerini rəsmən təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life www.life.ru” resursuna istinadən yazır ki, qurğunun işi barədə məlumat verən tərtibatçıların sözlərinə görə, kontrollerin üz hissəsində xaç şəklində böyük düymə və iki iri klaviş yerləşir. İstifadəçi klavişlərin üzərində adi “Xbox One” kontrollerinin istənilən düyməsinin funksiyalarını təyin edə bilər. Həmçinin qurğunun arxa tərəfində qoşulma üçün 3,5 millimetrlik 19 çıxış quraşdırılıb. Onların hər biri coystikin ayrıca klavişi üçün nəzərdə tutulub.
 
Korporasiya nümayəndələrinin sözlərinə görə, bir sıra kənar istehsalçılar tərəfindən “Microsoft”a dəstək nümayiş etdirilib. Bunun sayəsində onların qurğularını kontrollerə qoşmaq mümkün olacaq. Oyun həvəskarları xüsusi düymə, pedal və digər periferiyalardan faydalana biləcəklər.
 
Bu il satışa çıxarılacaq “Xbox Adaptive Controller” kontrollerinin qiyməti 100 dollar təşkil edir.
 
Nizam Nuriyev
 
 




Baxış sayı: 454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024