12px13px15px17px
Tarix:08/06/18

“İdeyadan Biznesə” startap turunun Quba üzrə qalibi müəyyənləşdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə "İdeyadan Biznesə" layihəsi çərçivəsində növbəti  startap turu Quba şəhərində keçirilib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Microsoft" şirkətinin təşkilatçılıq, "Azercell" şirkətinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlıq etdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.
 
Quba Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Qusar, Xaçmaz, Şabran, Siyəzən və digər ətraf rayon və şəhərlərdən olan 50-dək gənc qatılıb.
 
Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunub, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Daha sonra mentorlar tərəfindən seçilmiş layihələr birincilik uğrunda mübarizə aparıb. Layihə müəlliflərinin hər çıxışından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub. İkinci hissənin sonunda münsiflər Quba üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirib.
 
Belə ki, 1-ci yerin sahibi "Edu Record" layihəsi ilə Əlizadə Cəmil, "Sintetik futbol" ideyası ilə Müslümov Elxan 2-ci, "Home Study" ideyası ilə Muradxanova Nərgiz 3-cü olub.
 
Məlumat üçün bildirək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.
 
Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
 
Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.
 
Turların ətraf rayon və şəhərləri də əhatə etməklə Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində də keçirilməsi nəzərdə tutulur.
 
Xatırladaq ki, startap turları Mingəçevir və Lənkəran şəhərində keçirilib və qaliblər müəyyənləşib.



























































Baxış sayı: 383

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2018

18/08/18
1 dollarlıq süni intellekt prosessoru təqdim edilib

Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində dərin təlim texnologi

18/08/18
Bu şirkət dünyada ilk dəfə 7 nm-lik smartfon prosessoru təqdim edəcək

“Huawei” 7 nanometrlik texnoloji proses normalarına uyğun istehsal edilmiş prosessorla təchiz ediləcək smartfon təqdim edən ilk şirkət kim

18/08/18
Çap edilmiş “Wi-Fi” datçiklər gündəlik əşyaları "ağıllı" qurğulara çevirir

Amerikalı mühəndislər tərəfindən hazırlanmış passiv (daxili enerji mənbəyi olmayan element) çap nişanlarını məişət əşyalarına birləşdirərə

17 08 2018

17/08/18
Startapçılara qrantlar təqdim olundu

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ke&c

17/08/18
İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa jurnalları Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu adlandırı

17/08/18
İnternetdə domen adlarının sayı 339,8 milyona çatıb

“VeriSign” şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə bütün yüksək səviyyəli domenlərdə təxminən 33

17/08/18
Smartfonların avtonom işləmə müddətini artırmaq üçün mobil proqram hazırlanıb

Bu proqram təminatı sayəsində displeyin ayrı-ayrı hissələrində ekranın parlaqlığı müxtəlif olacaq

17/08/18
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq

ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan “ağıllı” eynək yaradıblar

17/08/18
Süni intellektin geniş tətbiqi maliyyə kataklizmləri yarada bilər

Yaxın onillikdə kompüter təlimi alqoritmləri və bulud texnologiyaları maliyyə dünyasını dəyişdirəcək

17/08/18
Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu “Wi-Fi” şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi