12px13px15px17px
Tarix:08/06/18

Ən yeni virus daha təhlükəlidir

Rusiya hakerlərinin yaratdığı ehtimal olunan “VPNFilter” virusu tədqiqatçıların güman etdiyindən daha çox marşrutlayıcını yoluxdurub. Bu barədə “Cisco Talos” şirkətinin təhlükəsizlik üzrə ekspertləri məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, zərərli proqram təminatı şəbəkə aparaturasını sıradan çıxarmaqla yanaşı, “SSL” şifrləməsindən yan keçir, daxil olan trafikə zərərli kod yerləşdirir və istifadəçilərin məxfi məlumatlarını oğurlayır.

Tədqiqatçılar onu da qeyd edib ki, boşluğa malik qurğuların siyahısı iki həftə əvvəl ehtimal ediləndən daha genişdir. Potensial təhlükəli qurğular sırasında ekspertlər “ASUS, D-Link”, “Huawei”, “Linksys”, “Microtik”, “Netgear”, “QNAP”, “TP-Link”, “Ubiquiti”, “Upvel” və “ZTE” şirkətlərinin marşrutlayıcılarını qeyd ediblər.

Qeyd edək ki, VPNFilter” virusu haqqında ilk məlumat mayın sonunda yayılmağa başlayıb. Tədqiqatçılar bildirib ki, Rusiyada yaradılması təxmin edilən zərərli proqram təminatı dünyanın 54 ölkəsində 500 min istehlak sinfinə aid marşrutlayıcını və şəbəkə toplayıcısını yoluxdurub. Qurğular yoluxdurulduqdan sonra hakerlər onları sıradan çıxararaq istifadəçiləri internetdən məhrum ediblər.
 
ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən boşluğa malik qurğu sahiblərinə marşrutlayıcıları yeniləmək tövsiyə edilib: bu, virusun tam məhvi üçün üsul kəşf edilənədək onu müvəqqəti aşkarlamağa kömək edə bilər.

Nizam Nuriyev





Baxış sayı: 293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 İyun 2018

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq 

22 06 2018

22/06/18
Yeni standart smartfonları avtomobillər üçün açara çevirəcək

Böyük İT şirkətləri və avtomobil istehsalçılarından ibarət “Car Connectivity Consortium” (CCC) konsorsiumu 

22/06/18
“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 

22/06/18
“Android” sistemi üçün təhlükəli virus aşkarlanıb

“ESET” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemi üçün faydalı proqramlar şəklində 

22/06/18
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (IFAP) üzrə Hökumətlərarası 

22/06/18
Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış 

22/06/18
“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.

22/06/18
“Google” şirkəti “Android”də hesabın idarə edilməsini asanlaşdırıb

“Google” şirkəti “Google Account”un yeni interfeysini təqdim edib. Artıq bütün funksiyalar “Android

22/06/18
“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Nikols “Gamesindustry