12px13px15px17px
Tarix:09/06/18

2017-ci ildə haker hücumları nəticəsində istifadəçilərə dəymiş zərərin həcmi 172 milyard dollar məbləğində qiymətləndirilib

“Symantec” antivirus proqram təminatı istehsalçısı kibercinayətkarlıqla bağlı araşdırmanın nəticələrini açıqlayıb. 2017-ci ildə hakerlər internet istifadəçilərinə 172 milyard dollar məbləğində zərər vurublar.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ümumilikdə kiberfırıldaqçılıqdan dünyanın 20 ölkəsindən (Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya) 978 milyon nəfər zərərə məruz qalıb.

Zərərə məruz qalmış 978 milyon istifadəçinin 53%-i virusların, 38%-i bank kartları ilə əlaqədar fırıldaqçılığın, 34%-i isə fərdi hesablardan məlumatların oğurlanmasının qurbanı olublar.

Çində 352 milyon, Hindistanda 186,5 milyon, ABŞ-da isə 144 milyon nəfər haker hücumuna məruz qalıb.

Emil Hüseynov





Baxış sayı: 183

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2018

21 10 2018