12px13px15px17px
Tarix:12/06/18

“Nokia 6.1” smartfonunun qlobal satışına başlanılıb

"HMD Global" şirkəti tərəfindən "MWC" sərgisində təqdim edilmiş "Nokia 6.1" smartfonu artıq Çində satışa çıxarılıb.

"ICTnews" Elektron Xəbər Xidməti "ilenta.com" saytına istinadən yazır ki, məlum olub ki, bu smartfonu Almaniyada satın almaq mümkündür. 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili fləş yaddaşla təchiz edilmiş "Nokia 6.1" smartfonunun dəyəri 302 funt (355 dollar) təşkil edib.

Xatırladaq ki, "Nokia 6.1" smartfonu "Corning Gorilla Glass" qoruyucu şüşəsinə malik "Full HD" (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük 2.5D displey, 2,2 QHs takt tezlikli "Qualcomm Snapdragon 630" prosessoru ilə təchiz edilib və "microSD" yaddaş kartlarını dəstəkləyir.

Aparatın arxa panelində f/2.0 diafraqması, avtofokus və ikiqat işıq diodu işıqlandırıcısına malik 16 meqapiksellik əsas kamera, ön paneldə isə 8 meqapiksellik kamera quraşdırılıb.

"Nokia 6.1" smartfonunun arxa panelində barmaq izləri skaneri quraşdırılıb. Aparat "Dual SİM" hibrid slotu, "4G VoLTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth v5", "GPS", "USB Type-C" portu, 3.5 mm-lik audio konnektor, FM-radio dəstəkləyir və "Android Oreo" sisteminin idarəetməsi altında işləyir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Emil Hüseynov





Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024