12px13px15px17px
Tarix:12/06/18

Məktəblilər internetdə olan təhlükələrdən müdafiə ilə bağlı maarifləndirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar keçirib.

Sözügedən tədbir Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin davamı olaraq təşkil olunub.

İnteraktiv şəkildə aparılan seminarda internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.  

Tədbirdə bildirilib ki, "Aztelekom" MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi "informasiyanın filtrlənməsi" rolunu oynayan xidmət sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına neqativ təsir edən veb səhifələr istifadəçilər tərəfindən filtrasiya edilir. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytların girişinə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət səhifələrə girişi məhdudlaşdırır.

Qeyd edək ki, "Aztelekom" MMC bu istiqamətdə tədbirlərin təşkilini davam etdirməyi nəzərdə tutur.

 
 









Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024