12px13px15px17px
Tarix:13/06/18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Vergilər Nazirliyi arasında razılaşma protokolları imzalanıb

13 iyun tarixində "17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika" və "8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat" sərgiləri çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Vergilər Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və vergilər naziri Mikayıl Cabbarovun imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və  mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişləndirilməsidir.

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.











Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2018

18/08/18
1 dollarlıq süni intellekt prosessoru təqdim edilib

Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində dərin təlim texnologi

18/08/18
Bu şirkət dünyada ilk dəfə 7 nm-lik smartfon prosessoru təqdim edəcək

“Huawei” 7 nanometrlik texnoloji proses normalarına uyğun istehsal edilmiş prosessorla təchiz ediləcək smartfon təqdim edən ilk şirkət kim

18/08/18
Çap edilmiş “Wi-Fi” datçiklər gündəlik əşyaları "ağıllı" qurğulara çevirir

Amerikalı mühəndislər tərəfindən hazırlanmış passiv (daxili enerji mənbəyi olmayan element) çap nişanlarını məişət əşyalarına birləşdirərə

17 08 2018

17/08/18
Startapçılara qrantlar təqdim olundu

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ke&c

17/08/18
İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa jurnalları Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu adlandırı

17/08/18
İnternetdə domen adlarının sayı 339,8 milyona çatıb

“VeriSign” şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə bütün yüksək səviyyəli domenlərdə təxminən 33

17/08/18
Smartfonların avtonom işləmə müddətini artırmaq üçün mobil proqram hazırlanıb

Bu proqram təminatı sayəsində displeyin ayrı-ayrı hissələrində ekranın parlaqlığı müxtəlif olacaq

17/08/18
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq

ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan “ağıllı” eynək yaradıblar

17/08/18
Süni intellektin geniş tətbiqi maliyyə kataklizmləri yarada bilər

Yaxın onillikdə kompüter təlimi alqoritmləri və bulud texnologiyaları maliyyə dünyasını dəyişdirəcək

17/08/18
Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu “Wi-Fi” şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi