12px13px15px17px
Tarix:14/06/18

Neyron şəbəkəsinin tətbiqi “Google Translate” servisinin işini yaxşılaşdırıb

“Google” şirkəti neyron şəbəkəsinin tətbiqi sayəsində “Google Translate” servisinin keyfiyyətini yüksəltməyə nail olub. İndi proqram daha dəqiq  işləyir və hətta oflayn versiyadan istifadə vaxtı mətni yaxşı tərcümə edir.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, uzun illər ərzində neyro-kompüter tərcüməsinin imkanları “Google Translate” onlayn xidmətinin işini yaxşılaşdırmağa xidmət edib. 2018-ci ilin iyununda süni intellekt funksiyaları avtonom rejimdə “iOS” və “Android” sistemlərində işləyə bilən oflayn versiyaya da əlavə edilib.

Xidmətdən istifadə artdıqca tərcümələrin keyfiyyəti daha da yaxşılaşır. Proqram internetə qoşulma tələb etmədiyinə görə hətta səyahət zamanı ondan istifadə etmək olar.

Xatırladaq ki, “Google Translate” süni intellektin nailiyyətlərini tətbiq edən yeganə xidmət deyil. 2018-ci ilin əvvəlində “Microsoft Translator” servisi öz işində, həmçinin neyron şəbəkəsini tətbiq edib.

Emil Hüseynov





Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024