12px13px15px17px
Tarix:04/07/18

Dünya təhlükəsizlik texnologiyaları bazarının həcmi 91 milyard dolları ötəcək

Bu il dünyada informasiya təhlükəsizliyi ilə əlaqədar aparat və proqram vasitələrinin, eləcə də xidmətlərin həcmi 10,2 faiz artaraq 91,4 milyard dollara çatacaq. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, banklar, diskret istehsal (ilk növbədə yüksək texnologiyalar) sahəsi üzrə şirkətlər və dövlət qurumları təhlükəsizlik texnologiyalarının alışına ümumilikdə 27 milyard dollar sərf edəcəklər. Burada daha 4 sahənin (fasiləsiz istehsal, peşəkar xidmətlər, istehlak bazarı və telekommunikasiya) payı hərəyə 5 milyard dollar təşkil edir.

2018-ci ildə 18 milyard dollardan çox vəsait idarə edilən təhlükəsizlik servislərinin (kənar provayderlər tərəfindən idarə edilən, lakin müştəri platformasında yerləşən icarə sistemləri) ödənişi üçün xərclənəcək. Texnologiyaların ikinci ən böyük sektoru şəbəkə təhlükəsizliyi aparat vasitələridir. Ondan sonrakı yerdə inteqrasiya xidmətləri və istifadəçi qurğularının mühafizəsi üçün proqram təminatı qərarlaşıb.

Analitiklərin fikrincə, 2020-ci ilədək təhlükəsizlik texnologiyaları bazarının 30 faizinə inteqrasiya edilmiş təhlükəsizlik platformaları (Unified Threat Management, UTM) təklif edən tədarükçülər sahib çıxacaq. Belə platformaların populyarlığı təkcə onların qiymətinin ucuz olması ilə deyil, eyni zamanda təhlükəsizlik texnologiyalarının artan çətinliyi ilə əlaqədardır.

Nizam Nuriyev





Baxış sayı: 329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Sentyabr 2018

22 09 2018

22/09/18
Bu şirkətin istehsalı olan modemlər “Windows” istifadəçilərinin təhlükəsizliyini zərbə altına qoyur

“Alcatel” şirkətinin istehsalı olan “EE 4GEE” adlı simsiz modemlərdə aşkar edilmiş təhlükəli boşluq hakerə 

22/09/18
“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” xidməti istifadəçilərə öz dərclərinin müəyyən ölkə&

22/09/18
2018-ci ildə dünyada süni intellekt sürətləndiricisinə malik smartfonların payı 30%-i ötəcək

“Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2018-ci ilin dördüncü rübündə dünyada sü