12px13px15px17px
Tarix:06/07/18

“Samsung” televizorlar üçün kvant piksellər texnologiyasını dəyişəcək

“Samsung Electronics” şirkəti bahalı televizorlarda istifadə edilən kvant piksellər texnologiyasını (QD) yeniləyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət tərəfindən kvant piksellər texnologiyası əsasında hazırlanan ekranlar ənənəvi maye-kristal (LCD) panellərdən yüksək kontrastlığı, az enerji sərf etməsi və rəngləri daha yaxşı ötürməsi ilə seçilir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, tərkibində kadmium olmayan ekoloji baxımdan təmiz materiallar texnologiyasından istifadə olunur.

Məlumata görə, “Samsung” 2019-cu ildə əvvəlki modellərlə müqayisədə daha nazik və qiymət baxımından rəqabətli olacaq “QdoG” (QD on Glass - şüşə əsaslı kvant piksellər) ekranlı televizorları satışa çıxarmağı planlaşdırır.   

“QLED” televizorlarında “QDEF” düzəliş plyonkası rəngin dolğunluğunu gücləndirmək üçün işıq diodu altında yerləşir. “QDoG” televizor modellərində isə rəngötürmə işıq modul panellərinin istehsalı üçün şüşədən istifadə ediləcək. Yeni texnologiya şirkətə bahalı televizorlar üçün “8K” təsvir ölçülü “QLED” panellər buraxmağa imkan verəcək.

Bildirilir ki, texnoloji dəyişikliklər tədarük kanallarında yeniliklərə səbəb olacaq. Hazırda “Samsung” “QDFF” plyonkalarının istehsalı üçün sifarişləri “Hansol Chemical” şirkətinə verir, rəngötürmə işıq modul panellərinin istehsalına keçəndə isə “QDFF” Cənubi Koreyanın “MNtech” və “Glotec” şirkətləri tərəfindən istehsal ediləcək. “QDoG” prosesinə keçən  Cənubi Koreya istehsalçısı “QdoG” rəngötürmə işıq modul panelləri üçün şüşə materialları “Asashi Glass” və “Corning” şirkətlərindən alacağı ehtimal edilir.

Qeyd edək ki, “QLED” əvvəllər “Quantum Dot” adlanan “Samsung” televizor istehsalı xəttinin adıdır. Bu abreviatura “OLED” - üzvi işıq diodlar texnologiyasına uyğun yaradılıb.   

Nizam Nuriyev





Baxış sayı: 163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2018

20/09/18
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim 

20/09/18
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intelle

20/09/18
Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı 

19 09 2018

19/09/18
Növbəti startap turu Sumqayıtda keçiriləcək

“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Sumqayıt şəhərində keçiriləcək. 

19/09/18
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə

19/09/18
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 

19/09/18
Düyməli telefonların rüblük tədarük həcmi yüksəlib

“Counterpoint Technology Market Research”in analitikləri smartfon və  “feature phone” sinfinə məxsus 

19/09/18
“Apple” ən gəlirli brend seçilib

“Counterpoint” şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən

19/09/18
“TESS” aparatı ilk şəkilləri Yerə göndərib

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “TESS” kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu 

19/09/18
İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi

Məlumat verdiyimiz kimi, Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018

19/09/18
“Əşyalar interneti” seqmentində kibertəhlükələrin sayı sürətlə artır

"Kasperski Laboratoriyası" tərəfindən keçirilmiş araşdırmaya görə, hakerlər “əşyalar interneti” qurğularına 

19/09/18
“Samsung” şirkəti “Galaxy J4+” və “J6+” smartfonlarını təqdim edib

“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+”

19/09/18
Daşınan qurğular üçün süni intellektli ilk prosessor yaradılıb

Çinin “Xiaomi” şirkətinin dəstəklədiyi “Huami” brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan