12px13px15px17px
Tarix:09/07/18

Ən populyar brauzerlər bəlli olub

“Google” şirkətinə məxsus “Chrome” dünyanın ən populyar mobil internet brauzeri seçilib. Ekspertlərin qənaətinə görə, mobil qurğu sahiblərinin 55 faizi “Chrome” brauzerindən istifadə edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, mobil brauzerlər reytinqində ikinci yeri “Safari” tutub. “Apple” şirkətinin brauzerindən istifadəçilərin təxminən 17 faiz yararlanır. Mütəxəssislər qeyd edir ki, bu fakt “Apple” mobil qurğularının populyarlığını sübut edir.

Məlumata görə, ən populyar mobil brauzerlər üçlüyünə, həmçinin, “UC Browser”, “Samsung Internet” və “Opera” daxildir.

Qiymətləndirməyə görə, fərdi kompüter brauzerləri arasında lider mövcud olduğu 10 il ərzində kompüterlərin təqribən 67 faizində quraşdırılan “Google Chrome” olaraq qalır.

İkinci yerdə 11,5 faizlə liderdən xeyli geri qalan “Mozilla Firefox” qərarlaşıb.

Bazar payı 7 faizə bərabər “Internet Explorer” üçüncü ən populyar fərdi kompüter brauzeridir. Liderlər beşliyində, həmçinin, “Safari” və “Microsoft Edge” brauzerləri yer alıb.

Nizam Nuriyev





Baxış sayı: 416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Dekabr 2018

15 12 2018

15/12/18
“Facebook”da təxminən 7 milyon istifadəçinin şəkli açıq girişdə əlçatan olub

“Facebook”un rəhbərliyi bildirib ki, 6,8 milyon istifadəçinin şəxsi şəkli məxfilik 

15/12/18
Kiçik bağlamaların çatdırılması üçün “Serve” adlı robot-kuryer təqdim edilib

ABŞ-ın “Postmates” loqistika operatoru çəkisi 22 kq-dək olan bağlamaları 48 km-dək daşıya biləcək

15/12/18
Smartfondan idarə olunan “ağıllı” həb hazırlanıb

Massaçusets Texnologiya İnstitutu, Dreyper Universiteti və Briqama Qadın xəstəxanasından olan alimlər heyəti