12px13px15px17px
Tarix:11/07/18

Yeni innovativ geyim mobil telefonu enerji ilə dolduracaq

ABŞ-ın Sinsinnati Universitetinin mühəndisləri mobil telefonu enerji ilə doldurmağa imkan verən innovativ geyim üçün “parça” hazırlayırlar.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tədqiqatçılar uzun müddətdir karbon texnologiyalar, o cümlədən karbon nanoborucuqlarda enerji saxlayan kostyumlar üzərində iş aparırlar. Nanoborucuqlar buxar mərhələli kimyəvi çökmə adlanan prosesin köməyi ilə vakuum kamerada kvars silisium plastinlərdə “böyüdülür”. Sonra alimlər sənaye çarxı üzərində kiçik lifli kvadratı uzadaraq karbon təbəqəni ipliyə çevirirlər. Hörümçək torunu xatırladan ipliyi adi toxuculuq parçasına tətbiq etmək mümkündür.  

Tərtibatçıların sözlərinə görə, karbon sapları müxtəlif qurğularda, o cümlədən ağır metal ötürücülərində, eləcə də superkondensat və akkumulyatorlarda istifadə etmək olar. Karbon nanoborucuqlar maşınların çəkisini azaltmaq və yanacaqdan istifadənin effektivliyini artırmaq üçün avtomobillərdə və təyyarələrdə mis naqilləri əvəz edə bilərlər. Hazırda universitet laboratoriyası eyni anda təxminən 46 metr karbon nanoborucuq sapı istehsal edir və texnologiya yaradıcılarının sözlərinə görə, gələcəkdə iş prosesinin genişləndirilməsi nəzərdə tutulur.

ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyası yeni texnologiyadan hərbçilər üçün kostyumların yaradılmasında istifadə etmək məqsədilə Sinsinnati Universiteti ilə əməkdaşlıq edir.

Nizam Nuriyev





Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024