12px13px15px17px
Tarix:13/07/18

BMT rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə yeni orqan yaradır

BMT rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupu yaradacaq. Bu barədə mətbuat konfransında BMT baş katibi Antoniu Quterriş bildirib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Mən rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə panel yaratmaq barədə qərar qəbul etmişəm. Blokçeyn kimi yeni texnologiyalar hər gün yaranır. Mən BMT-ni texnoloji əsr dövründə dialoq üçün unikal platforma kimi təsəvvür edirəm”, - baş katib qeyd edib.

Məlumata görə, yeni məşvərətçi orqan 9 aydan sonra rəqəmli texnologiyalar sahəsində problemlərin həlli ilə bağlı təkliflər təqdim edəcək.

A.Quterriş vurğulayıb ki, rəqəmli texnologiyalar dünyanı və cəmiyyəti dəyişir ki, bu da qeyd olunan sahədə beynəlxalq əməkdaşlığı zəruri edir. “Qlobal cəmiyyət hazırda texnologiyalar sahəsində etika, insan hüquqları və təhlükəsizlik problemləri ilə üzləşir. Tədqiqatçılar, politoloqlar, sahibkarlar, vətəndaş və elmi cəmiyyətin nümayəndələri bir masa arxasına əyləşərək bu sahədə fikir mübadiləsi etməli və öz təkliflərini irəli sürməlidirlər. Yeni panel bizə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək”, - o əlavə edib.
 
Rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupuna ABŞ sahibkarı Melinda Qeyts və Çinin “Alibaba” şirkətinin yaradıcısı Cek Ma rəhbərlik edəcək.

Nizam Nuriyev





Baxış sayı: 218

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Fevral 2019

16/02/19
“Samsung” şirkəti “Bixby” səs köməkçisini dəstəkləyən ən nazik planşetini təqdim edib

“Samsung” şirkəti “Galaxy Tab S5e” planşetini təqdim edib

15 02 2019

15/02/19
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət

15/02/19
“Android” üçün on minlərlə proqram istifadəçiləri izləyir

Kaliforniyada Beynəlxalq Kompüter Elmləri İnstitutu tərəfindən keçirilmiş yeni araşdırma nəticəsində 

15/02/19
Süni yarpaqlar qlobal istiləşmə ilə mübarizədə kömək edəcək

Süni yarpaqlar fotosintez prosesini təqlid edir, amma bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda 

15/02/19
Spartakiadanın sonuncu yarışı keçirilib

“Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində son olaraq stolüstü tennis oyunları 

15/02/19
Hindistan hökuməti istifadəçilərin yazışmasını oxumaq imkanını tələb edir

“Facebook” şirkəti növbəti dəfə Hindistan hökumətinin təzyiqi (“WhatsApp” messencerində istifadəçilərin 

15/02/19
Cinayətkarların yaxalanmasında əl təsvirlərindən istifadə ediləcək

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyilə cinayətkarları 

15/02/19
Tezliklə “Instagram”ın veb versiyasında “Direct” funksiyası əlçatan olacaq

Məşhur sosial şəbəkənin istifadəçiləri xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcəklər.

15/02/19
“Shade” virusunun aktivliyi qeydə alınıb

“Eset” antivirus proqram təminatı istehsalçısı “Shade” adlı fırıldaq xarakterli virusun yayılması haqqında