12px13px15px17px
Tarix:14/07/18

İkimərtəbəli elektrik avtobusu yaradılacaq

ABŞ-ın “Alexander Dennis” və “Proterra” şirkətlərinin mühəndislərinin yaratdığı ikimərtəbəli elektrik avtobusu Kaliforniya şəhərləri arasında hərəkət edəcək. İnnovativ nəqliyyat növünün 2019-cu ildə ABŞ-da istifadəyə verilməsi nəzərdə tutulur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, avtobus yaradıcılarının sözlərinə görə, elektrik mühərriklərinə kütləvi keçid regionda ekoloji vəziyyətə müsbət təsir göstərəcək və bu səbəbdən avtomobil sənayesi elektrokarları inkişaf etdirməklə gələcək nəsillərin sağlamlıq və rifahının qayğısına qalır.
 
Elektrik nəqliyyatının daha bir üstünlüyü onun nisbətən səssiz işləməsindədir ki, bu baxımdan da elektrik avtobusu faydalı görünür.
 
“Yeni avtobus mövcud üçoxlu model əsasında yaradılır. İkimərtəbəli quraşdırılma üsulu avtobus salonunda 140 nəfərədək sərnişini yerləşdirməyə imkan verəcək”, - “Alexander Dennis” şirkətinin rəsmi nümayəndələri bildirib.
 
Avtobus enerji sıxlığı 1 kq üçün 160 vatt-saat təşkil edəcək akkumulyator batareyaları massivi ilə təchiz ediləcək. Mühəndislər qeyd edir ki, bu, çox yaxşı göstəricidir.
 
Nizam Nuriyev





Baxış sayı: 203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Noyabr 2018

14 11 2018

14/11/18
“Apple” öz kompüterlərini kənar təmir cəhdlərindən qoruyub

“Apple” şirkətinin  istehsalı olan ən yeni kompüter modellərində qurulmuş “T2” soprosessoru bəzi hallarda 

14/11/18
Stiv Voznyak: “Sürücüsüz avtomobillər utopiyadır”

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “CNBC” telekanalına müsahibədə avtonom avtomobillər 

14/11/18
Enerji effektivli superkompüterlərin reytinqi dərc edilib

Ən məhsuldar sistemlərin reytinqi (TOP500) ilə yanaşı, sistemlərin enerji effektivliyi üzrə sıralandığı 

14/11/18
Yaponiya poçtu dronlardan istifadəyə başlayıb

Yaponiyanın “Japan Post” poçt operatoru Fukisima prefekturasında əməkdaş çatışmazlığı ilə əlaqədar 

14/11/18
Qlobal rəqəmli transformasiya xərcləri 2 trilyon dollara yaxınlaşacaq

“IDC”-nin analitikləri biznes, istehsal və təşkilatların rəqəmli transformasiyası üçün lazımi texnologiya 

14/11/18
“Samsung Galaxy Note 10” ən böyük ekranlı smartfon olacaq

Buraxılışı hazırlanan “Samsung Galaxy Note 10” “Samsung” şirkətinin tarixində ən böyük smartfon