12px13px15px17px
Tarix:17/07/18

Növbəti nəsil sürətli enerjidoldurma texnologiyası hazırlanır

Hazırda smartfon istehsalçılarının əksəriyyəti sürətli enerjidoldurma texnologiyası hazırlamaqla məşğuldurlar.

Artıq bir neçə belə texnologiya ("Qualcomm Quick Charge", "OnePlus Dash Charge" və sairə) mövcuddur. "Huawei" şirkəti "Super Charge" adlı növbəti nəsil sürətli enerjidoldurma texnologiyası üzərində işləyir.

"ICTnews" Elektron Xəbər Xidməti "ilenta.com" saytına istinadən yazır ki, məlumata görə, "Huawei" şirkətinin "HW-100400C00" nömrəli  yeni enerjidoldurma adapteri "3C" sertifikatına layiq görülüb. Yeni adapterin maksimum şarj gücü 40 Vatt təşkil edəcək.

Bundan əvvəl Çin şirkəti tərəfindən təqdim edilmiş 5V/8A spesifikasiyasını dəstəkləyən "Honor Magic" texnologiyası istifadəçilərə telefonu 45 dəqiqə müddətində enerji ilə doldurmağa imkan verirdi. "Huawei" şirkətinin növbəti nəsil "Super Charge 40W" texnologiyası smartfonu 30 dəqiqə müddətində 90%-dək enerji ilə dolduracaq.

Müqayisə üçün, "Qualcomm Quick Charge 3.0" texnologiyası smartfonu 30 dəqiqə müddətində 50%-dək enerji ilə doldurur. "OnePlus Dash" texnologiyası isə 30 dəqiqə müddətində 60%-dək doldura bilər.

Emil Hüseynov



Baxış sayı: 1045

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024