12px13px15px17px
Tarix:02/08/18

“Microsoft” şirkəti “Windows” üçün universal "smartfon meneceri"ni sınaqdan keçirir

"Microsoft" şirkəti "Android" sisteminin idarəetməsi altında işləyən smartfon və "Windows" sistemi ilə işləyən kompüter arasında faylların sürətli sinxronlaşdırılması üçün yeni "Your Phone" mobil proqramını sınaqdan keçirməyə başlayıb. Bu proqram vasitəsilə sadəcə faylları tutub çəkməklə onları bir qurğudan digərinə ani daşımaq mümkündür.
 
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, məsələn, "Your Phone" mobil tətbiqi sayəsində smartfondakı şəkil birbaşa "PowerPoint" təqdimatına yerləşdirilə bilər. Daha sonra bir çox imkanlar əlçatan olacaq: məsələn, istifadəçilər mətn mesajlarını oxuya və onları cavablandıra, bildirişlər ala biləcəklər.
 
"Windows 10 Insider Preview" (17728) quraşdırmasının ilkin versiyasında "Your Phone" dəstəklənir. Hələ ki "Windows Insider" proqramının iştirakçıları sözügedən proqramı yükləyə bilərlər. "Android" platformasında (7.0 və yuxarı versiya) eksperimental tətbiq yaxın həftələrdə əlçatan olacaq.
 
Emil Hüseynov




Baxış sayı: 1120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024