12px13px15px17px
Tarix:03/08/18

“Xiaomi” tərcümə funksiyalı mobil telefon istehsal edəcək

"Xiaomi Youpin" saytında superucuz sinfə aid olan, lakin bir sıra smartfon imkanlarına malik "Qin1" telefonunun istehsalı üçün vəsait toplanışına başlanılıb. Onun təsir bağışlayan funksiyalarından biri süni intellekt əsasında sürətli tərcümə texnologiyasıdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, yeni qurğu iki variantda buraxılacaq. "Qin1" yalnız "2G" şəbəkəsini, "Qin1s" isə "3G" və "4G" şəbəkələrini dəstəkləyəcək. Digər xüsusiyyətlərə görə telefonlar oxşardır. Qurğunun istehsalı ilə kənar şirkət - "Shenzhen Duojiao Technology Co" məşğul olacaq. Tədarükünə sentyabrın 15-dən etibarən başlanacaq qurğunu 199 yuana (təxminən 29 dollar) sifariş etmək mümkündür.
 
Məlumata görə, telefon kompakt "IPS" matrisalı (240х320 piksel) 2,8 düym diaqonallı ekran, "Corning Gorilla" qoruyucu şüşəsi, düyməli klaviatura və 8,5 millimetr qalınlığında plastik korpus ilə təchiz ediləcək. Qurğu, həmçinin 2 SİM kart dəstəyi, "Wi-Fi", televizor, kondisioner və digər məişət texnikasının idarə edilməsi üçün infraqırmızı ötürücü ilə təchiz olunacaq.
 
1480 milliamper/saat tutumlu quraşdırılmış batareya gözləmə rejimində 15 saatlıq iş və ya 420 dəqiqə zəng üçün nəzərdə tutulub. Qurğu "USB Type-C" portu vasitəsilə enerji ilə doldurulur. Tərcümə funksiyasından real vaxt rejimində 17 dildə istifadə etmək mümkündür.
 
Nizam Nuriyev




Baxış sayı: 900

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024