12px13px15px17px
Tarix:03/08/18

Rəngli üçölçülü çap metodu hazırlanıb

Ən effektiv üçölçülü çap qurğuları ciddi çatışmazlığa malikdirlər: onlar obyektləri yalnız boz və ya qara rəngdə çap edirlər. Lakin İspaniya mühəndislərinin hazırladığı yeni texnologiya əşyaları bütün rəng çalarlarında çap etməyə imkan verəcək.
  
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, seçmə lazer qızdırıb bitişdirmə texnologiyası (SLS) tozaoxşar materialların (adətən neylon və poliamid) müəyyən sahələrinin qızdırılması üçün lazerdən istifadə edir. Toz əriyir və ya bərk kütləyə sintezləşdirilir. Material lazımi üçölçülü struktur əldə edilənədək onu qat-qat daxil edən printerə əlavə olunur.
   
Məlumata görə, tədqiqatçılar tərəfindən görünən işıq üçün şəffaf qalan spektrin infraqırmızı sahəsinin intensiv udulması üçün qızıl nanooxlar hazırlanıb. Oxlar üçölçülü obyektlərin çapı üçün silisium oksidi ilə örtüldükdən sonra poliamid tozlarla qatışdırılıb. Qızıl nanooxlar texniki karbon ilə müqayisədə lazer işığını istiliyə daha yaxşı çevirirlər. Bundan başqa, fotosensibilizatorların əlavə edilməsi rəngli üçölçülü obyektlərin çapına kömək edir. Qeyd etmək lazımdır ki, materiallar irimiqyaslı istehsal üçün iqtisadi baxımdan səmərəli hesab olunur. Tədqiqatçılar yeni texnologiya ilə əlaqədar bir neçə patent müraciəti ediblər.
   
Nizam Nuriyev




Baxış sayı: 331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Mart 2019

19 03 2019

19/03/19
“İsrail İnnovasiya Mübadilə Proqramı”nın məzunlarına sertifikatlar təqdim olunub

Cari ilin 19 mart tarixində İsrailin Azərbaycandakı səfiri Dan Stav Yüksək Texnologiyalar Parkının reallaşdırdığı 

19/03/19
“Google Inbox” poçt xidməti aprelin 2-də bağlanacaq

“Google” şirkətinin “Inbox” poçt xidmətinin fəaliyyətini dayandırması xəbəri hələ ötən ilin payızında məlum idi. O

19/03/19
“Airbus” dronu yükləri gəmilərə çatdırmağa başlayıb

“Airbus” şirkəti pilotsuz uçan aparata yükləri yanalma körpüsündən gəmilərə çatdırmağa imkan 

19/03/19
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Bu gündən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Novruz 

19/03/19
“Xiaomi” şirkəti “Black Shark 2” adlı güclü oyun smartfonu təqdim edib

“Xiaomi” şirkəti “Black Shark” adlı oyun smartfonunun ikinci nəslini təqdim edib. Bu, ötən il təqdim 

19/03/19
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya

19/03/19
“System-in-Package” texnologiyası üzrə hazırlanan ilk smartfonlar təqdim olunub

“ASUS” şirkəti “System-in-Package” (SiP) texnologiyası əsasında ilk modellər olan yeni “ASUS 

19/03/19
“WhatsApp” messencerində daxili brauzer əlçatan olacaq

Tezliklə populyar “WhatsApp” messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.

19/03/19
“iPad Air” və “iPad Mini” planşetləri nümayiş edilib

“Apple” şirkəti “iPad Air” və “iPad Mini” planşetlərinin yeni modellərini təqdim edib. Bu barədə