12px13px15px17px
Tarix:03/08/18

Yeni “BlackBerry” smartfonları rəsmən təqdim edilib

“BlackBerry” şirkəti və onun Hindistanda fəaliyyət göstərən “Optiemus” tərəfdaş istehsalçısı “BlackBerry Evolve” və “Evolve X” smartfonlarını təqdim ediblər. Çərçivəsiz dizayna malik modellər qoşa kamera və tutumlu akkumulyatorlarla təchiz olunublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra www.ferra.ru” resursuna istinadən yazır ki, smartfonlar tərəflərinin nisbəti 18:9 təşkil edən və “Full HD+” (2160 х 1080 piksel) təsvir ölçülü 5,99 düym diaqonallı ekran, arxa panelli barmaq izi skaneri, 16 meqapikselli ön kamera, 64 giqabaytlıq quraşdırılmış yaddaş, sürətli və simsiz enerjidoldurma imkanına malik 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediliblər. Yeni qurğular “BlackBerry” şirkətinin “DTEK” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
“BlackBerry Evolve” modeli 13+13 meqapikselli əsas qoşa kamera, 4 giqabaytlıq operativ yaddaş və “Qualcomm Snapdragon 450” prosessoruna malikdir.
  
“BlackBerry Evolve X” modeli 12+13 meqapikselli əsas qoşa kamera, 6 giqabaytlıq operativ yaddaş və “Qualcomm Snapdragon 660” prosessoru ilə seçilir.
 
Avqustda satışa çıxarılacaq “BlackBerry Evolve” smartfonunun qiyməti 365 dollar təşkil edəcək. “BlackBerry Evolve X” modelini isə sentyabrdan etibarən 510 dollara əldə etmək mümkün olacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024