12px13px15px17px
Tarix:06/08/18

Üçölçülü animasiya qar uçqununun daxilində baş verənləri göstərir

Tədqiqatçılar ilk dəfə qar uçqununun daxilində baş verən prosesləri göstərən üçölçülü animasiya yaradıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin tədqiqatçısı Yohan Qaumun fikrincə, rəqəmli modelləşdirmə dağ xilasetmə komandalarının işinə, eləcə də qar uçqunun davranışının proqnozlaşdırılmasına əhəmiyyətli təsir göstərə bilər. Mütəxəssislər indiyədək uçqunun axını zamanı baş verən prosessləri yenidən bərpa etmək imkanına malik olmayıblar, çünki qar uçqunu saysız-hesabsız parametrlər və fiziki dəyişənlərə malik mürəkkəb hadisədir ki, bunlar da uçqun baş verəndən bitənədək öz təsirini göstərir. Yeni iş Y.Qaum riyazi innovasiyalarını və elmi tədqiqatlarını özündə birləşdirir. Riyaziyyatçılar məktəb tədqiqatçısının bilikləri və səhra müşahidələri üzrə məlumatlar sayəsində qarın üçölçülü modelləşdirilməsinin dəqiqiliyini artırmağa nail olublar.

Tədqiqatçılar materialların daxilində baş verən hərəkətlərin analizi üçün istifadə edilən "Material Point Method" (MPM) kimi tanınan metoddan yararlanıblar. Belə yanaşma indiyədək uçqunların enişinin öyrənilməsi zamanı tətbiq edilməyib. Texnologiya təbii hadisənin proqnozlaşdırılmasına başqa tərəfdən baxmağa imkan verir ki, bu da xilasedicilərin işini daha effektiv edəcək. Mütəxəssislər qarın özünü neçə aparmasını proqnozlaşdıra və qar uçqunun dəqiq ölçüsünü, enmə məsafəsini və qar kütləsinin təzyiq gücünü qiymətləndirə biləcəklər.
 
Nizam Nuriyev





Baxış sayı: 78

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2018

17 08 2018

17/08/18
Startapçılara qrantlar təqdim olundu

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ke&c

17/08/18
İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa jurnalları Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu adlandırı

17/08/18
İnternetdə domen adlarının sayı 339,8 milyona çatıb

“VeriSign” şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə bütün yüksək səviyyəli domenlərdə təxminən 33

17/08/18
Smartfonların avtonom işləmə müddətini artırmaq üçün mobil proqram hazırlanıb

Bu proqram təminatı sayəsində displeyin ayrı-ayrı hissələrində ekranın parlaqlığı müxtəlif olacaq

17/08/18
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq

ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan “ağıllı” eynək yaradıblar

17/08/18
Süni intellektin geniş tətbiqi maliyyə kataklizmləri yarada bilər

Yaxın onillikdə kompüter təlimi alqoritmləri və bulud texnologiyaları maliyyə dünyasını dəyişdirəcək

17/08/18
Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu “Wi-Fi” şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi