12px13px15px17px
Tarix:06/08/18

Sinqapur kibertəhdidlərdən mühafizə üzrə qlobal konvensiya hazırlamağı təklif edir

Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Şərqi Asiya Sammitinə daxil olan iştirakçı ölkələrin nazirlərinin iclasının yekunları üzrə mətbuat konfransında kibertəhlükəsizlik üzrə qlobal konvensiyanın yaradılmasına ehtiyac olduğunu bildirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab www.securitylab.ru" resursuna istinadən yazır ki, nazirin sözlərinə görə, yeni sənəd ölkələrin kibertəhdidlərdən mühafizə üzrə fəaliyyətini tənzimləməyə imkan verəcək.
 
"Biz rəqəmli təhlükəsizliyin təmini baxımından bütün ölkələrin fəaliyyətini tənzimləyən və BMT-nin himayəsi altında qüvvədə olan konvensiyalara bənzər qlobal sənəd hazırlayaraq qəbul etmək istəyirik. Biz dünyanın rəqəmli inqilab dövrü yaşamasına görə ümumi mexanizm yaratmaq niyyətindəyik", - o qeyd edib.
Xarici işlər naziri onu da vurğulayıb ki, Sinqapur bu sahədə ayrı-ayrı ölkələrlə eksklüziv sazişlərin imzalanmasında maraqlı deyil.
  
Xatırladaq ki, bir müddət əvvəl hakerlər Sinqapurun ən böyük "SingHealth" tibbi müəssisə qrupunun kompüterlərinə hücum edərək 1,5 milyon insanın, o cümlədən ölkənin baş nazirinin fərdi məlumatlarını oğurlayıblar.
 
Nizam Nuriyev




Baxış sayı: 94

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2018

17 08 2018

17/08/18
Startapçılara qrantlar təqdim olundu

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ke&c

17/08/18
İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa jurnalları Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu adlandırı

17/08/18
İnternetdə domen adlarının sayı 339,8 milyona çatıb

“VeriSign” şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə bütün yüksək səviyyəli domenlərdə təxminən 33

17/08/18
Smartfonların avtonom işləmə müddətini artırmaq üçün mobil proqram hazırlanıb

Bu proqram təminatı sayəsində displeyin ayrı-ayrı hissələrində ekranın parlaqlığı müxtəlif olacaq

17/08/18
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq

ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan “ağıllı” eynək yaradıblar

17/08/18
Süni intellektin geniş tətbiqi maliyyə kataklizmləri yarada bilər

Yaxın onillikdə kompüter təlimi alqoritmləri və bulud texnologiyaları maliyyə dünyasını dəyişdirəcək

17/08/18
Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu “Wi-Fi” şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi