12px13px15px17px
Tarix:07/08/18

Yeni nanomaterial görünməz dinamik və mikrofon yaratmağa imkan verib

Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun ekspertləri səsi tutan və səsləndirən nanomembran – şəffaf, görünməz plyonka yaradıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News www.hi-news.ru” resursuna istinadən yazır ki, məlumata görə, bu, ilk “nanotexnoloji” dinamik və mikrofon deyil. Belə ki, bundan əvvəl nanoborucuqlar və qrafen əsasında oxşar elementlər yaradılsa da, onlar səslərin təhrif edilməsi kimi ciddi çatışmazlığa malik olublar. Yeni elementlər isə membranlar əmələ gətirən gümüş nanoliflər əsasında yaradılıb. Yekunda bu, istifadəçiyə zərər vermədən dəri üzərinə yapışdırılan şəffaf plyonka şəklini alıb.

Plyonka həm dinamik, həm də mikrofon kimi işləyir. Qurğunun iş prinsipi sadədir: dinamik kimi çıxış edən plyonka simsiz interfeys vasitəsilə səsi ötürən qurğuya qoşulur, keçən cərəyanın onu və ətraf havanı qızdırması nəticəsində isə səs işə salınır. Lakin mikrofon rejimində iş zamanı əks proses baş verir: plyonka səs tərəddüdlərini cərəyana çevirir, onlar qeydə alınır və yazılma üçün diktofon və digər qurğuya ötürülür.
 
Bildirilir ki, qurğunu jestlər və ya səslə idarə etmək mümkündür. Alimlərin sözlərinə görə, jestlərin düzgün tanınma faizi təxminən 98 faiz təşkil edir ki, bu da çox yaxşı nəticədir. Bundan başqa, plyonkanı smartfon və digər elektronika növlərinin məsafədən idarə olunması üçün istifadə etmək olar.
  
Nizam Nuriyev





Baxış sayı: 479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Dekabr 2018

13 12 2018

13/12/18
“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib

Bu gün blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri mövzusunda “Birinci Korporativ Blokçeyn Plat

13/12/18
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu 

13/12/18
2019-cu il üzrə kibertəhdidlərlə bağlı proqnoz açıqlanıb

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı “Trend Micro” 2019-cu ildə kibertəhlükələr

13/12/18
“Samsung” kinoteatrlar üçün dünyanın ən böyük “LED” ekranını təqdim edib

“Samsung Electronics” şirkəti “3D” formatını dəstəkləyən dünyanın ən böyük “Onyx Cinema

13/12/18
Arılar üçün nanoçanta ixtira edilib

Vaşinqton Universitetinin mütəxəssisləri arılara nəzarət etmək üsulunu tapıblar. Alimlər arılar üçün məlumat 

13/12/18
“LG Gram 17” modeli 17 düym diaqonallı ilk ən yüngül noutbukdur

“LG” şirkəti “Gram” istehsal xəttinə aid noutbuklar nümayiş etdirib. Nazik çərçivəli və 17 düym 

13/12/18
“Instagram” bloqerlər üçün xüsusi funksiyaları sınaqdan keçirir

“Instagram” proqramı çoxlu sayda abunəçisi olan istifadəçilər üçün şəxsi mesajlara girişi məhdudlaşd

13/12/18
Avropa Kosmik Agentliyi zədələnən astronavtların dəri və sümüklərinin çapı üçün “3D” bioprinter hazırlayır

Avropa Kosmik Agentliyi (ESA) Beynəlxalq Kosmik Stansiya və gələcək missiyalarda zədə alan 

13/12/18
Avstraliya Milli Kosmik Agentliyi yaradır

Avstraliya hökuməti mənzil-qərargahı Adelaida şəhərində (Cənubi Avstraliya ştatı) yerləşəcək Milli Kosmik 

13/12/18
Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 14.12.2018-ci il tarixində saat 11:30-da Biləsuvar 

13/12/18
Yeni “Samsung Galaxy” smartfonlarının qiyməti açıqlanıb

İnternetdə rəsmən təqdim edilməyən yeni qabaqcıl “Samsung S10” model sırasına aid smartfonlar