12px13px15px17px
Tarix:08/08/18

Startaplar üçün mübadilə proqramlarının həyata keçirilməsinə dair KOICA ilə razılıq əldə olunub

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan üzrə direktoru Kumok Park Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkını (YTP) ziyarət edib.
 
Görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti haqqında ətraflı məlumat verərək gələcək planlardan danışıb.
 
T.Kərimli ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edərək bildirib ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri Yüksək Texnologiyalar Parkının rezidentləri ola bilər. O, parkın rezidentləri üçün güzəştlər və münbit şəraitin yaradıldığını qeyd edib.
 
Kumok Park isə öz növbəsində bildirib ki, YTP ilə strateji əməkdaşlıq imkanları mövcuddur. O, KOICA-nın Yüksək Texnologiyalar Parkının qarşıya qoyduğu vəzifələri həyata keçirməkdə dəstəkləməyə hazır olduğunu vurğulayıb. 
 
Eyni zamanda görüşdə KOICA təlim və proqramları haqqında ətraflı məlumat verilib. Gələcəkdə KOICA və YTP arasında əməkdaşlığa dair memorandumun imzalanması məsələsi müzakirə edilib.
 
Bundan başqa, birgə layihələrin reallaşdırılmasına, startaplar üçün KOICA ilə  mübadilə proqramlarının həyata keçirilməsinə dair razılıq əldə olunub.





Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2018

16 10 2018

16/10/18
“Dövlət qulluqçularının informasiya texnologiyaları üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə Avropa İttifaqının TAIEX 

16/10/18
“Google”un süni intellekti döş xərçənginin diaqnostikasında həkimlərdən üstün olub

San-Diyeqo Hərbi Dəniz Tibbi Mərkəzinin alimləri və “Google”un mühəndisləri tərəfindən hazırlanmış 

16/10/18
Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez 

16/10/18
Yuxu üçün “ağıllı” “Xiaomi” qurğusu buraxılıb

“Xiaomi” şirkəti yuxunun keyfiyyətini yaxşılaşdırmağa imkan verən “Easy Air Brain Wave Sleeping 

16/10/18
Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb

“HTC”, “Oculus” və “Sony” kimi şirkətlərin səyi sayəsində virtual reallıq daha da geniş yayılmaqdadır

16/10/18
“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen vəfat edib

“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen çərşənbə axşamı 65 yaşında dünyasını dəyişib

16/10/18
“Apple” istifadəçilərin musiqi seçimini dəqiq müəyyənləşdirəcək

ABŞ-ın “Apple” şirkəti istifadəçilərin musiqi seçimlərinin təhlili ilə məşğul olan “Asaii” şirkətini satın alıb

16/10/18
Ən sürətli kamera yaradılıb

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları 

16/10/18
“Android” sisteminin idarəetməsi altında işləyən ən kiçik smartfon təqdim edilib

2010-cu ildə cib kompüterləri istehsal edən “Palm” şirkəti “Hewlett-Packard” şirkəti tərəfindən satın alındıqdan