12px13px15px17px
Tarix:10/08/18

Çində mağazada baxış vasitəsilə alış-veriş etmək mümkün olacaq

Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyi ilə alış-veriş etməyə imkan verəcək. Bu haqda "Xinhua" agentliyi məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, ehtimal ki, sözügedən eynək artıq cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlıq və rəyləri göstərəcək.
 
"Taobao" öz alıcılarının həyatını asanlaşdırmaq istəyən yeganə internet mağazası deyil. Məsələn, "Amazon" şirkəti artıq satıcısız işləyən ticarət şəbəkəsini istifadəyə verib. Müşahidə kameraları alıcılar tərəfindən rəflərdən götürülmüş lazımi məhsulları kassada verilən məhsul qəbzinə avtomatik əlavə edir.
 
Emil Hüseynov




Baxış sayı: 1045

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024