12px13px15px17px
Tarix:30/08/18

Dünyada ilk 8K təsvir ölçülü OLED televizor təqdim edilib

31 avqust - 5 sentyabr tarixində Berlində keçiriləcək “IFA 2018” sərgisinin açılışı ərəfəsində “LG Electronics” şirkəti dünyada “8K” (7680 x 4320) təsvir ölçülü ilk OLED televizoru təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 8K təsvir ölçülü “LG OLED TV” modelinin diaqonalı 88 düym təşkil edir, panel 33 milyon öz-özünə işıqlanan piksellərdən ibarətdir.
 
Xatırladaq ki, OLED panellər ənənəvi maye kristal ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Orqanik işıq diodları özləri işıq saçırlar, deməli, işıqlandırmaya ehtiyac yoxdur. Bundan başqa, belə ekranlar  kiçik qalınlığa malikdir.
 
Emil Hüseynov





Baxış sayı: 481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024