12px13px15px17px
Tarix:11/09/18

Mobil qurğular üçün “Tor” anonim brauzerinin ilk rəsmi versiyası buraxılıb

"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün populyar "Tor" anonim brauzerinin ilk rəsmi versiyası təqdim edilib. Əvvəllər "Tor" serverlərindən istifadə edən brauzerlərin mövcud olmasına baxmayaraq layihə müəllifləri tərəfindən proqram ilk dəfədir istifadəyə verilir. 

"ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən yazır ki, "Tor Browser for Android" adlı proqramı artıq "Google Play" mağazasında və rəsmi "Tor Project" saytında "APK" (Android Package) formatlı fayllar şəklində yükləmək mümkündür. Hazırda proqram alfa test mərhələsindədir və "Orbot" "VPN" əlavəsi vasitəsilə işləyir.

Brauzerin "iOS" əməliyyat sistemi üçün versiyasının nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "Tor" şəbəkəsinin iş prinsipi internet resursundan istifadəçi kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxışını və sonuncu məntəqələrini izləyə bilmir.

"Tor" layihəsi 1990-cı illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi-tədqiqat laboratoriyası tərəfindən dövlət rabitə kanallarının mühafizəsi texnologiyasının hazırlanması məqsədilə istifadəyə verilib. 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunun iki tələbəsinin səyləri nəticəsində vətəndaşlar texnologiyadan yararlanmağa başlayıb. 2005-ci ildə ABŞ hökuməti layihəyə ilk qrant ayıraraq texnologiyanın daha geniş kütlə arasında yayılmasına çalışıb. 2006-cı ildən layihə qeyri-kommersiya təşkilatına çevrilib.

Hesablamalara görə, hazırda dünyada anonim şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxındır.

Nizam Nuriyev





Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 İyun 2019

24 06 2019

24/06/19
Bill Qeyts öz əsas səhvini açıqlayıb

“Microsoft”un qurucusu Bill Qeyts şirkətin əsas səhvini açıqlayıb.

24/06/19
“Raspberry Pi” minikompüterinin yeni modeli təqdim olunub

Böyük Britaniyanın “Raspberry Pi Foundation” şirkəti populyar “Raspberry Pi” birplatalı

24/06/19
“Huawei” ucuz smartfonlar üçün güclü prosessor təqdim edib

“Huawei” şirkəti yeni mobil qurğular üçün “Kirin 810” prosessorunu təqdim edib. Bu, tez-tez ucuz smartf

24/06/19
“Nokia” 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik akkumulyatorlar təqdim edəcək

“Nokia” şirkəti adi müasir batareyalarla müqayisədə 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik yeni ak

24/06/19
“Google Maps” servisində 11 milyon saxta hesab aşkarlanıb

Populyar “Google Maps” kartoqrafik servisində müxtəlif şirkətlərə məxsus minimum 11 milyon saxta hesab

24/06/19
Kometaların tədqiqi üçün üç modullu zond hazırlanır

Avropa Kosmik Agentliyi (ESA) kometaların tədqiqi üçün üç modulla təchiz edilən kosmik gəmi hazırlamağa

24/06/19
Elektron poçtda təhlükəli boşluq aşkarlanıb

“Microsoft” korporasiyası “Android” əməliyyat sistemi üçün “Outlook” proqramında boşluq aşk