12px13px15px17px
Tarix:11/09/18

Azərbaycan startapı Cənubi Koreyanın məşhur şirkəti ilə partnyor oldu

Xəbər verdiyimiz kimi, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində təşkil edilən "ITU Telecom World 2018" beynəlxalq sərgi-konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.


Nümayəndə heyətinin tərkibində yerli startaplar da təmsil olunurlar.
 

"Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyunu ilə tanınan "CustomAR" şirkətinin virtual realıq texnologiyaları sərgi-konfransın iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Milli Pavilyonunda yer alan şirkət artıq özünə yeni partnyorlar qazanıb.
 

Belə ki, "CustomAR" şirkəti ilə Cənubi Koreya Respublikasının "Frontis" şirkəti arasında virtual reallıq texnologiyalarının inkişaf etdirilməsi, həmçinin Yaxın Şərq regionu üzrə layihələrin icrasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.
 

"CustomAR" şirkəti tərəfindən memorandumu şirkətin rəhbəri Fərid Davudov, digər tərəfdən isə "Frontis" şirkətinin icraçı direktoru Çunq Hun-Seuk imzalayıb.
 

Xatırladaq ki, "Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyununun yaradılması zamanı 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi "Lələ Təpə" yüksəkliyindən ilhamlanılıb.





Baxış sayı: 199

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2018

20 11 2018

20/11/18
“Android” sisteminin idarəetməsi altında işləyən ilk peyk telefonu satışa çıxarılacaq

“Thuraya” peyk rabitə operatoru tezliklə cari ilin yazında elan edilmiş “Android” sisteminin idarəetməsi 

20/11/18
“Instagram”da avtomatik layk və şərhlər silinəcək

“Instagram” sosial şəbəkəsi avtomatik rejimdə şərhlər yazmağa, layk etməyə və başqa hesablara abunə 

20/11/18
2023-cü ildə onlayn ödənişlər zamanı dəymiş zərər 48 milyard dollar təşkil edəcək

“Juniper Research” şirkətinin analitikləri onlayn ödənişlər zamanı fırıldaqçılıq nəticəsində dəymiş zərərə 

20/11/18
Çində süni intellekt texnologiyası tətbiq edilmiş 100 minlərlə mini-klinika quraşdırılacaq

“South China Morning Post” nəşri yazır ki, Honkonqun “Ping An Good Doctor” şirkəti Çində telefon 

20/11/18
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya

20/11/18
“Windows” istifadəçilərindən boşluqlar haqda informasiya oğurlanıb

“TrickBot” virusunun “Windows” sisteminin işləməsi haqda məlumatları oğurlayan yenilənmiş versiyası 

20/11/18
“Instagram” istifadəçi parollarının əlçatan olması barədə informasiyanı təkzib edib

“Instagram” istifadəçilərinin parollarının müəyyən vaxt ərzində veb-brauzerin ünvan sətrində göstərilməsinə