12px13px15px17px
Tarix:11/09/18

Data Mərkəzinin müştəriləri lisenziyalı “Microsoft Windows Server” əsaslı virtual mühitdən istifadə edə biləcəklər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi müştərilərinə yeni xidmət təqdim edir.
 
Belə ki, 11 sentyabr tarixindən etibarən Data Mərkəzinin müştəriləri “Microsoft (MS) Windows Server” əməliyyat sistemli virtual maşınları aylıq icarə yolu ilə əldə edə biləcəklər.
 
Data Mərkəzi əməliyyat sisteminin lisenziyasını bulud provayderləri üçün nəzərdə tutulan model əsasında təqdim edir. Sözügedən lisenziyanın icarəsi müştərilərə bir sıra nəzərəçarpacaq üstünlüklər verəcək. Bununla da, müştərilər kapital xərclərindən azad olaraq istismar xərcləri əsasında “MS Windows Server” əməliyyat sistemli virtual mühitlərdən faydalana biləcəklər.  
 
Xidmətdən istifadənin rahat dəyişdirilə bilən olması isə tələbat yarandıqca, lisenziyaların sayını asanlıqla uyğunlaşdırmağa imkan verir.
 
Bundan əlavə, “MS Windows Server”in yenilənməsi üçün müştərilərin əlavə ödəniş etməsinə ehtiyac qalmır. Əməliyyat sisteminin bütün yenilənmələri Data Mərkəzinin resursları hesabına qarşılanır. Beləliklə, virtual mühitdən istifadə etməklə müştərilər hər zaman “MS Windows Server” əməliyyat sisteminin ən son versiyası ilə təmin olunmaq imkanına malik olur.
 
Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün sales@datamerkezi.az ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət etmək olar. 





Baxış sayı: 425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2018

20 11 2018

20/11/18
“Android” sisteminin idarəetməsi altında işləyən ilk peyk telefonu satışa çıxarılacaq

“Thuraya” peyk rabitə operatoru tezliklə cari ilin yazında elan edilmiş “Android” sisteminin idarəetməsi 

20/11/18
“Instagram”da avtomatik layk və şərhlər silinəcək

“Instagram” sosial şəbəkəsi avtomatik rejimdə şərhlər yazmağa, layk etməyə və başqa hesablara abunə 

20/11/18
2023-cü ildə onlayn ödənişlər zamanı dəymiş zərər 48 milyard dollar təşkil edəcək

“Juniper Research” şirkətinin analitikləri onlayn ödənişlər zamanı fırıldaqçılıq nəticəsində dəymiş zərərə 

20/11/18
Çində süni intellekt texnologiyası tətbiq edilmiş 100 minlərlə mini-klinika quraşdırılacaq

“South China Morning Post” nəşri yazır ki, Honkonqun “Ping An Good Doctor” şirkəti Çində telefon 

20/11/18
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya

20/11/18
“Windows” istifadəçilərindən boşluqlar haqda informasiya oğurlanıb

“TrickBot” virusunun “Windows” sisteminin işləməsi haqda məlumatları oğurlayan yenilənmiş versiyası 

20/11/18
“Instagram” istifadəçi parollarının əlçatan olması barədə informasiyanı təkzib edib

“Instagram” istifadəçilərinin parollarının müəyyən vaxt ərzində veb-brauzerin ünvan sətrində göstərilməsinə