12px13px15px17px
Tarix:12/09/18

“Dawn” zondunun istismar müddəti başa çatır

ABŞ Kosmik Agentliyinin (NASA) “Dawn” planetlərarası zondu 11 illik tədqiqatdan sonra öz missiyasını başa vurmağa hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, zondun birlikdə əsas asteroidlər qurşağının kütləsinin 45 faizini təşkil edən Serera və Vesta asteroidlərinin tədqiqinə cəlb edilməsi ilə əlaqədar olaraq “Dawn” missiyasının istismar müddəti bir neçə dəfə artırılıb. Hazırda kosmik gəminin yanacağının əsas tərkib hissəsi olan hidrazin mayesi tükənmək üzrədir. Ekspertlərin fikrincə, bu, tam olaraq sentyabr-oktyabr ərzində baş verəcək: “Dawn” zondunun Yerlə rabitə əlaqəsi kəsiləcək və onilliklər ərzində orbitdə Serera ətrafında dövr etməyə başlayacaq.

Bildirilir ki, 2007-ci ilin sentyabrında buraxılan zond 2011-2012-ci illərdə Vestanı tədqiq edərək obyektin krater, kanyon və dağlarının şəklini çəkib.

“NASA” əməkdaşları qeyd edir ki, onlar kosmik gəminin istismar müddətinin başa çatmasına görə təəssüf etsələr də, bütün mütəxəssislər qrupu onun nailiyyətləri ilə fəxr edir. Onların sözlərinə görə, “Dawn” təkcə asteroidlərin sirlərini açmayıb, eyni zamanda bütün missiya ərzində iki yerdənkənar istiqamətdə orbital cisimlərə uçan ilk zond olub.   

Nizam Nuriyev
 






Baxış sayı: 255

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 İyun 2019

24 06 2019

24/06/19
Bill Qeyts öz əsas səhvini açıqlayıb

“Microsoft”un qurucusu Bill Qeyts şirkətin əsas səhvini açıqlayıb.

24/06/19
“Raspberry Pi” minikompüterinin yeni modeli təqdim olunub

Böyük Britaniyanın “Raspberry Pi Foundation” şirkəti populyar “Raspberry Pi” birplatalı

24/06/19
“Huawei” ucuz smartfonlar üçün güclü prosessor təqdim edib

“Huawei” şirkəti yeni mobil qurğular üçün “Kirin 810” prosessorunu təqdim edib. Bu, tez-tez ucuz smartf

24/06/19
“Nokia” 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik akkumulyatorlar təqdim edəcək

“Nokia” şirkəti adi müasir batareyalarla müqayisədə 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik yeni ak

24/06/19
“Google Maps” servisində 11 milyon saxta hesab aşkarlanıb

Populyar “Google Maps” kartoqrafik servisində müxtəlif şirkətlərə məxsus minimum 11 milyon saxta hesab

24/06/19
Kometaların tədqiqi üçün üç modullu zond hazırlanır

Avropa Kosmik Agentliyi (ESA) kometaların tədqiqi üçün üç modulla təchiz edilən kosmik gəmi hazırlamağa

24/06/19
Elektron poçtda təhlükəli boşluq aşkarlanıb

“Microsoft” korporasiyası “Android” əməliyyat sistemi üçün “Outlook” proqramında boşluq aşk