12px13px15px17px
Tarix:12/09/18

Kibercinayətkarlıq dünya iqtisadiyyatına 2 trilyon dollar ziyan vura bilər

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində törədilən cinayətlər 2019-cu ildə dünya iqtisadiyyatına 2 trilyon dollar ziyan vura bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İlya Roqaçev kibercinayətkarlıqla mübarizəyə həsr edilən “G-77” seminarı çərçivəsində çıxışında bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, nazirlik təmsilçisi çıxışını davam etdirərək qeyd edib: “Xatırlatmaq istəyirəm ki, 2016-cı ildə dünya iqtisadiyyatına İKT vasitəsilə dəymiş ziyanın məbləği 445 milyard dollar təşkil edib. Bu təhlükə ilə mübarizə üçün qətiyyətli tədbirlər görülməsə, mənfi ssenariyə görə, 2019-cu ildə bu göstərici 2 trilyon dollaradək, 2020-ci ildə isə 3 trilyon dollaradək arta bilər”.

Onun sözlərinə görə, kibercinayətkarlıq nəticəsində dəyən ziyan internetin ümumi gəlirini üstələyəcək ki, bu da istifadəçilər tərəfindən hazırkı şəkildə fəaliyyət göstərməyəcək qlobal şəbəkədən tam imtinaya gətirib çıxara bilər.

İ.Roqaçev, həmçinin vurğulayıb ki, İKT-dən cinayətkar məqsədlər üçün istifadə dedikdə tamah və qazanc məqsədilə edilən cinayətlər, eləcə də kiberxuliqanlıq və haker hücumları nəzərdə tutulur.

Nizam Nuriyev





Baxış sayı: 135

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2018

21/09/18
Yeni texnologiya qonşu otaqdakı insanları təyin etməyə kömək edəcək

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mühəndislər komandası 

21/09/18
“Amazon” şirkəti səsli köməkçi sisteminə malik cihazlar təqdim edib

“Amazon” şirkəti “Alexa” səsli köməkçisi və "ağıllı ev" idarəetməsi ilə təchiz edilmiş bir neçə

21/09/18
“Xiaomi” şirkəti ucuz noutbuk təqdim edəcək

“Xiaomi” şirkəti “Xiaomi Notebook Youth Edition” adlı ən ucuz noutbukunu elan edib. Noutbukun qiyməti 

21/09/18
Süni intellektli “Xiaomi” zəngli saatı təqdim olunub

Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock

20 09 2018

20/09/18
Azərbaycanla Avstriya arasında nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradılacaq

Bu gün Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın

20/09/18
“Amazon” 2021-ci ilədək kassirsiz işləyən 3 min mağaza açmağı planlaşdırır

“Bloomberg” agentliyinin məlumatına görə, “Amazon” şirkəti 2021-ci ilədək kassasız, satıcısız və növbəsiz 

20/09/18
Dünya İqtisadi Forumu: “Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq”

Dünya İqtisadi Forumu hesabat dərc edərək 2025-ci ilədək robotların işlərin əksər hissəsini (29 faiz 

20/09/18
“Samsung Galaxy A7” rəsmən təqdim edilib

“Samsung”un orta qiymət seqmentinə aid yeni smartfonu bundan əvvəl şirkətin istehsalı olan qurğularda 

20/09/18
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya 

20/09/18
“KSK” açarının dəyişdirilməsi planı təsdiq edilib

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned 

20/09/18
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim 

20/09/18
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intelle

20/09/18
Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı