12px13px15px17px
Tarix:13/09/18

“Inbox” poçt xidmətinin fəaliyyəti dayandırılır

ABŞ-ın “Google” şirkəti “Inbox” poçt xidmətinin fəaliyyətini dayandırmaq və diqqəti yalnız “Gmail” üzərində cəmləməyə dair qərar qəbul edib. Bu haqda informasiya şirkətin rəsmi bloqunda dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti "iz.ru" resursuna istinadən yazır ki, 2014-cü ildən “Gmail” poçt xidmətinin əsasında işləyən sözügedən xidmət istifadəçilərə məktublarla işləmək üçün unikal yanaşma təklif edirdi. İndi həmin funksiyaların bir hissəsi “Gmail”də tətbiq ediləcək. “Inbox” xidməti artıq 2019-cu ilin martından istifadəçilər üçün əlçatan olmayacaq.
 
Məlumata görə, proqram bütün mağazalardan tamamilə silinəcək, onu istənilən elektron qurğuda istifadə etmək qeyri-mümkün olacaq. Həmçinin proqramın API-si əlçatmaz olacaq.
 
Məlumat üçün bildirək ki, 24 avqustda “Google” şirkəti “Gmail” elektron poçt xidmətində avtomatik silinən məktublar funksiyasını istifadəyə verib.
 
Emil Hüseynov





Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024